Qadin.NET / Bütün dövrlərin stili

Bütün dövrlərin stili

Bütün dövrlərin stili

İngilis stili dedikdə ilk ağlımıza gələn ciddilik və klassikadır. Dəb dünyasının xaos yaşadığı bir dövrdə ingilis stili özünə sadiq qalır.

İngilis stilinin əsas özəlliyi sadəlik, şıqlıq və dəqiqlikdir. Belə geyimlər rahat və yüngül olmaqla yanaşı, özünüzü əsl qadın kimi hiss etmənizə, sizdə özünəinam hissinin yaranmasına səbəb olacaq. Bəs bu geyimin qadını belə yenidən yaratmasının səbəbi nədir? Birincisi, bu, düz və bədənə tam yapışmayan geyimlərdir. İkincisi, heç bir artıq bəzəklərdən istifadə edilmir. İngilis stili qaydalarına uyğun olaraq dekolte bölgəsi açıq olmur.  Gəlin, ingilis ledisinin qarderobunun əsas atributları ilə tanış olaq.

İngilis ətəyi

Uzunluğu dizdən bir qədər yuxarıdır. Parçaları yetərincə müxtəlifdir. Hazırda qatlı, balaca yarıqlı və ətirli ətəklər dəbdədir. Belə ətəklər şıq dəri kəmərlə uyğunlaşdırılır.

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

İngilis paltarı

Hazırda paltarlar öz stilini qoruyur. Bu paltarlar mütləq ideal formada tikilməlidir.

Bütün dövrlərin stili

Ciddi formadadır, qolun uzunluğu dirsəyə qədər olmalıdır. Dekolte yolverilməzdir, uzunluğu dizdən aşağı və ya azca yuxarıdır. Ətək hissədə yarığı və ya qatları ola bilər.

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

Aksesuarlar

Mirvari bu stilin ən vacib aksessuarıdır. O, yaxşı zövq və stil əlamətidir. Boyuna müxtəlif rəngli və uzunluqlu mirvari taxıla bilər.

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

Yumru klips sırğaları da unutmaq olmaz, bu, ledilərin imtina edə bilməyəcəkləri aksesuarıdır.

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

İngiltərə kraliçasını yadınıza salın: ilk ağlınıza nə gəlir? Əlbəttə, şlyapa! Şlyapalar dairəvi, bantlı, düzbucaqlı, lələklərlə bəzədilmiş ola bilər.

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

İpək şərf və dəri əlcəkləri də unutmayın.

 

Bütün dövrlərin stili

 

Bütün dövrlərin stili

 

Ayaqlar üçün isə qayıq formalı ayaqqabılar daha məqsədəuyğundur.

 

Bütün dövrlərin stili

 

26 mart 2016
GO BACK