Qadin.NET / Geyim seçərkən nələrə diqqət etməliyik

Geyim seçərkən nələrə diqqət etməliyik

Dəbli görünmək üçün heç də bahalı markalara ehtiyac yoxdur. Dəbli görünmək üçün düzgün seçim etmək və geyimləri düzgün uyğunlaşdırmaq kifayətdir. Bəs necə geyinməliyik? Əgər siz güllə, damalı və digər bəzəkli bir geyim şalvar və ya ətək seçirsinizsə (və ya əksinə, üst geyimi seçirsinizsə) onda köynəyinizi ağ, qara, boz və ya digər sadə bir rəngdə etməlisiniz. 

 

Bu şəkillərdəki dəstlərə diqqətlə nəzər yetirin.

Geyim seçərkən mütləq qüsurlarınızı gizlədəcək geyimlər seçilməlisiniz. Düzgün seçim edilmədikdə qüsurlarınız daha qabarıq bir şəkildə özünü büruzə verəcəkdir. Əgər nəsə bir qüsurunuz varsa, o zaman...

... nisbətən uzun və enli ətəklər...

... nisbətən enli şalvarlar...

və nisbətən valanlı və bəzəkli geyimlər seçməlisiniz.

Əgər siz hündür görünmək istəyirsinizsə, onda nisbətən dar, bir rəng və bel hissəsi nisbətən yuxarıda olan şalvar seçə bilərsiniz.

Geyim dəsti hər bir insanın bədən quruluşundan asılı olaraq dəyişə bilər. Siz geyim seçərkən geyimlərin materialına mütləq fikir verməli, onlara uyğun yayda nisbətən nazik, qışda isə qalın şərflə geyimlərinizi uyğunlaşdıra bilərsiniz.

Geyim seçərkən fikir verməli olduğunuz detallardan demək olar ki, ən vaciblərindən biri rəng uyğunluğudur.

Siz daha çox bildirmək istədiyiniz yeri cəlbedici etmək üçün daha əlvan rəngi seçə bilərsiniz.



25 mart 2016
GO BACK