Levi Strauss tərəfindən cins parçanın yaradılmasından illər keçməsinə baxmayaraq, bu geyimlər hələ də dəbdədir. Əvvəllər mədən və neft işçilərinın geydiyi, daha sonra məhşurlaşan cinslər zamanla hər kəsin qarderobuna daxil olmağa başladı. Xüsusilə də 90-cı illərdə yayımlanan klip və filmlər sayəsində ən məşhur dövrünü yaşayan cins parçalar 2014-ci ildə Chanel kimi əhəmiyyətli markaların modellərində nümayiş olunmağa başladı.
Denim on denim, yəni cins üzərinə cins dəbi yeni mövsümdə də qarşımıza çıxacaq. Uyğunlaşdırılması olduqca asan olan bu stildə diqqət yetirməyiniz lazım olan tək məqam bədən quruluşunuzdur. Əgər omba bölgənizlə əlaqəli şikayətiniz varsa, şalvarınızı tünd cins rəngi seçə bilərsiniz. Sinə bölgənizlə əlaqəli şikayətləriniz varsa, tünd rəngli köynəklərdən istifadə edə bilərsiniz. Bu stili sadəcə bir çanta və ya babetlə tamalayaraq fərqinizi hər kəsə göstərə bilərsiniz.
Ağ rəngin üstünlüyü hər yerdə davam edir! Əgər klassik cins rəngindən bezmisinizsə və alt bölgəniz arıqdırsa, demək, bu trend tam sizə görədir. Ağ şalvarın üzərinə geyəcəyiniz dəbdəbəli köynək və qəşəng pencəklə iş yerindəki ən dəbli qadın ola bilərsiniz.
Xüsusilə litsey dövründə həyatımıza girən cins pencəklər qarderobumuzun ayrılmaz hissəsinə çevrilib. Yaz günlərinin sərin axşamlarında bu pencəklər bizi havanın sərinliyindən qoruyur və rəngli şalvarlarla da mükəmməl şəkildə uyğunlaşır. Bu mövsümdə olduqca məşhur olan naxışlı şalvarları cins pencəklə tamamlayaraq cəsur seçimlərdən qorxmadığınızı göstərə bilərsiniz. Şəhərin sürətli tempində sizə enerji verəcək olan bu dəsti yüngül dikdaban ayaqqabı ilə tamamlayın.