Qadin.NET / Koko Şanel tərzi: eleqant xanım geyimləri

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Moda dünyasında köklü dəyişiklik etmiş bir xanımdan danışanda ağla ilk olaraq kim gəlir? Əlbəttə ki, Koko Şanel.

O, öz düşüncəsinin yaratdığı məhsullarla moda adəlimini başdan-ayağa dəyişdi. Onun dövründə mövcud olan qadağaları və məhdudiyyətləri nəzərə almadan Koko öz həyatını istədiyi kimi qurmağı bacardı. Kimsə onu möcüzə adlandırır, kimsə isə qorxu ilə yanaşırdı, çünki onun dövrü üçün qadının azad fikir yürütməsi tipik bir hal deyildi. Heç nəyə baxmayaraq Şanel öz əqidəsindən dönmürdü və inanırdı ki, bir gün bütün qadınlar da azad düşüncə səviyyəsində olacaqlar. Elə ömrü boyu bununla da məşğul olmuşdur, onun silahı isə novator stilində yaratdığı moda nümunələri idi. Şanel düşünürdü ki, xarici görünüş nə gəldi geyinmək deyil, bu, insanın özünü ifadə tərzidir. Şanel özü daima prinsiplərinə sadiq olurdu: çox zövqlü geyinməsinə baxmayaraq, onun üzərində artıq bir detal belə olmazdı. Dövrünün məşhur stilistləri müxtəlif ornamentlərlə bəzədikləri qadın donlarını təqdim etdiyi bir vaxta heç kimə tanış olmayan Koko Şanel modaya qadınlar üçün şalvarlar gətirdi. Ətrafındakı insanların nə düşündüklərindən çəkinməyərək, o, bunu ilk olaraq öz üzərində sınadı. O, görüşlərə və səyahətlərə enli şalvarla getməyi üstün tuturdu, çünki belə daha rahat idi.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Qısa qara don və şalvar

Əlbəttə, şalvar Koko Şanelin yeganə kəşfi deyil, onun ən gözəl ixtirası əfsanəvi qısa qara don hesab olunur. O, qara rəngi universal hesab edirdi və məhz Koko Şanelin sayəsində qara rəngli paltarlar matəm və qorxu rəngindən çıxaraq, çox mədəni və eleqant geyimlərə və hər bir xanıma lazımlı olan, hər bir situasiyada yardım edən elementə çevrildi.

Koko Şanel tərzi: eleqant xanım geyimləri
Koko Şanel tərzi: eleqant xanım geyimləri

Şlyapalar

Şanel moda evinin növbəti elementi şlyapadır. Ciddi demək lazımdır ki, bunlar "Moda Olimpiadası" yarışmasında Qabriel Şanelin zəfəridir. Şanel öz biznesinə gündəlik istifadə oluna bilən qadın şlyapararı satmaqla başlamışdır. Şlyapalara qarşı onda böyük ehtiras var idi və bu gün də Koko Şanel şlyapararı bütün dünya qadınlarının sevərək istifadə etdiyi aksesuardır.

Koko Şanel tərzi: eleqant xanım geyimləri
 
Koko Şanel tərzi: eleqant xanım geyimləri

Jaket və dizdən aşağı ətəklər

Bu faktı da mütləq qeyd etmək lazımdır ki, hal-hazırda hamı tərəfindən adi bir geyim kimi qiymətləndirilən pencək və jaketləri, həmçinin dizdən aşağı ətəkləri məhz Koko Şanel modaya gətirib. Koko öz dizlərini qadın bədəninin eybəcər hissəri hesab edirdi və onları daima gizlətməyə çalışırdı.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

 

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Rahatlıq Şanel brendinin birinci şərtidir.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

 

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Qiymətli bəzək əşyaları və bijuteriyalar

Koko Şanelin uğurları siyahısında bəzək əşyaları xüsusi yer tutur. Onun sayəsində bəzək əşyalarının gündəlik geyimlərdə istifadə olunması normal hal sayıldı. Şanel büjiteriyalardan sadəcə gözəl bir aksesuar kimi istifadə edirdi, onun zamanı üçün bu, ətrafdakı insanlar və dizaynerlər üçün də gözlənilməz bir hal hesab olunurdu.

Məhz o qadınlara sevimli mirvarini gündəlik taxa bilmə imkanını verdi. Mirvari düzümləri Chanel markasının simvollarından hesab olunur. Şanel "Yalınz təbii muncuqlar bahalı sapa və ya metal üzərinə düzülməlidir" fikrini alt-üst etdi. O, sadəcə olaraq şüşə daşları belə parlaq sadəf rənginə boyamaqla, adi muncuqlardan təbii mirvari görünüşünün əldə olunması ideyasını modaya gətirdi.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

 

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Koko Şanel brilliantları da az sevmirdi. O, zamanında etdiyi bir həmlə ilə uçurumda olan modanı bahalı bəzək əşyaları ilə dirçəltməyi bacardı. Tezliklə onun hazırladığı bəzək əşyaları, o cümlədən qolbaqlar sevilərək istifadə olunmağa başlandı. Onlar bahalı metallar və ya plastik materiallar üzərində hazırlanırdı, hər bir aksesuarı geyimə yeni bir ab-hava gətirirdi. O, yığcamlığı sevmirdi, aksesuarları üzüm salxımı elementləri və parlaqlığı ilə daima diqqət çəkirdi.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Böyüklüyündən aslı olmayaraq hər bir detalı incəliklə hazırlanır.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Bəzək əşyasına uzaqdan baxmaqla onun Coco Chanel markası olduğu bəlli olur

Koko Şanel tərzi: eleqant xanım geyimləri

Daima ecazkar, cazibədarlıqdan uzaq olan elementlərlə seçilən gözəllik əşyaları bir Şanel əfsanəsidir.

Azadlıq

Koko Şanel qadın geyimlərinə azadlığı gətirdi. Onun yaratdıqları iri cibləri olan və xüsusi emblemli kaşmir pəncəklə başlayır və əfsanəvi sırıqlı və zəncirbəndli çanta ilə yekunlaşır. Bütün bunlar hamısı cəmiyyət tərəfində bizim rahatlığımızı təmin etməkdən ötrü qəbul olunur.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

2 rəngli ayaqqabı və frak

Şaneldən əvvəl uzun bağları olan çantalarin daimi və ya hərbi məqsədlərlə işlədilməsi məlum olsa da, ona kimi bijüteriyaları gündəlik olaraq yalınz yüksək təbəqənin xanımları taxırdı. Şanelin yaratdıqları yalnız qadın rahatlığı üçün nəzərdə tutulan detallardır ki, indi heç birimiz qarderobumuzu onlarsız təsəvvür belə etmirik. Bunlardan biri də 2 rəngli ayaqqabılar və kişi fraklarıdır ki, artıq qadın bədəninə uyğun olaraq hazırlanır. Heç şübhəsiz, indi də faəliyyət göstərən "Chanel" modalar evinin yaratdığı nümunələrdən istifadə edən hər bir xanım bu dahi insanın bizim üçün nələr yaratdıqlarının - eleqant, zövqlü və eyni zamanda rahat olan geyimlərin istifadəçisidir.

 

Nümunələri Şanelin öz geyimləri ilə paralel təqdim etməkdə məqsədim oxucuya bu xanımın yalız öz geyindiyi geyimləri digər xanımlara da məsləhət gördüyünü bir daha nümayiş etdirməkdir.

Koko Şanel tərzi: eleqant xanım geyimləri

 

Koko Şanel tərzi: eleqant xanım geyimləri
22 mart 2016
GO BACK