Qadin.NET / Şərf və yaylıq bağlama üsulları - 1

Şərf və yaylıq bağlama üsulları - 1

Bilirsinizmi, qarderobunuzun kiçik bir parçası sizin obrazınızı köklü surətdə dəyişə bilər. Avropalılara fikir vermisinizmi, sadə köynək və donlarını şərflə ziyafət geyiminə çevirirlər. Bəli şərflə bunu etmək olar. İpək və ya toxunma, çit və ya məxmər, üçbucaq və ya kvadrat, enli və ya dar, çiçəkli və ya naxışlı fərq etməz, əsas düzgün istifadə edə bilməkdir.

Fransız xanımlarının sadə gözəlliyi

Fransız xanımları hələ uzun illər əvvəl şərf və yaylıqlardan istifadə edərək zövqlü görünməyi bacarıblar. Belə ki, fransız xanımlarının yaylığa olan sevgiləri onlara həmişə modabaz kimi baxılmaqlarına zəmin yaratmışdır. Bu eleqant xanımlar çoxdan sadə bir həqiqəti qəbul ediblər: düzgün seçilmiş şərf geyimin darıxdırıcı görünüşünü "dağıdır" və qiyafənizi istəyinizə uyğun parlaq görüntü verir. O sizin cizgilərinizi vurğulayacaq: dəri tonunu və gözlərinizin rəngini, saç düzümünüzü və s., həmçinin soyuq aylarda sizi isti saxlayacaq. Məhz buna görə də modabaz fransız xanımları ilin bütün fəsillərində və istənilən geyimlə şərfdən istifadə edirlər.

Etro şərfləri

Şərf və yaylıq bağlama üsulları - 1
 
Şərf və yaylıq bağlama üsulları - 1

 

Missoni şəfləri

Şərf və yaylıq bağlama üsulları - 1

 

Şərf və yaylıq bağlama üsulları - 1

Şərf və yaylıqları necə düzgün seçmək olar?

Bu aksesuarın sadəliyinə baxmayaraq, onu da düzgün seçmək lazımdır.  İlk növbədə sintetik materialdan olan və qarışıq təsvirli şərflərdən çəkinin. Bəli, seçilmiş şərf keyfiyyətli materialdan olmalıdır. Şərfi çox incəliklə seçmək və etiketini də kəsib götürmək lazımdır.

Rəngi və ya materialı xoşunuza gəlib deyə üzərinizdə yoxlamadan heç bir aksesuarı almayın. Onu boynunuza sadəcə dolayaraq rənginin üzünüzə və əsasən də gözlərinizin rənginə uyğunluğunu yoxlayın. Əgər güzgüyə baxan zaman boynunuzdakı şalın sizi gözəl və cazibədar göstərdiyini düşünürsünüzsə, demək ki, bu elə sizə lazım olandır.

Nisbətən yaşlı və üzündə qüsurları olan xanımlar parlaq rənglərdən çəkinməlidir. Bu rənglərdən əks olunan işıq üzünüzdəki qırışları və gizlətmək istədiyiniz ləkə və ya digər problemləri aşkara çıxaracaq. Gənclər sıx toxunuşlu şərflərdən, yetkin qadınlar isə incə və nazik toxumalardan istifadə etsələr daha yaxşı olar.

Əlbəttə ki, şərf alan zaman düşünün - onu nə ilə birlikdə istifadə edəcəksiniz?. "Nə vaxtsa lazım olar" deyə seçim etməyin. Bu təkcə şərf alarkən yox , istənilən aksesuarların seçimində də olmalıdır. Alınan əşya "mənim" hansı geyimimi tamamlaya bilər?! - düşüncəsi olmalıdır.

Acne Studios şəfləri

 

 

    

 

Düyün atmağı öyrənək

Əgər məsləhətlərimizə əməl etmisinizsə, demək siz ilk addımı atıb "düzgün" şərfi və ya yalığı seçmisiniz. Amma hər şey bununla da bitmir, onu bağlamağı bacarmaq lazımdır.

Yaylıqlar üçün fransız düyünü

Kvadrat yaylığı qatlayıb lent şəklinə gətiririk, boynumuza dolayırıq, uclarını bir-birinə dolayırıq. Əlbəttə ki, nazik şərflə də bunu etmək olar. Sadə və eleqant görünüşlü bir model.

 
Şərf və yaylıq bağlama üsulları - 1

"Cowboy" sayağı düyün

Kofta və dərin yaxalıqlı pəncəklə çox dəbli görünən bir modeldir.

 Yaylıq dioqnal qatlanaraq üçbucaq şəklinə gəririlir, böyük tərəfi öndə olmaqla digər 2 kənarı arxadan bağlanır və üçbucaq ön üz səliqə ilə acılıb tarzlaşdırılır.

 
Şərf və yaylıq bağlama üsulları - 1
Üçbucaq tərəfi önə saldıqdan sonra digər 2 uc boyuna dolanaraq onə çıxarılır və incə düyün vurulur.
 
Şərf və yaylıq bağlama üsulları - 1

İpək qızılgül

Kiçik ipək parça və çevik əl tələb olunur. Qarşılıqlı uclar mərkəzdə kiçik düyünlə bərkidilir. Sərbəst uclar düyündən çarpaz keçirdilir. Düyün gül formasını alacaq ki, onu da səliqə ilə açmaq lazımdır. Şalın sərbəst ucları düzləndirilərək boyunun arxasından bağlanır.

 
Şərf və yaylıq bağlama üsulları - 1

Kiçik kəpənək

Şərf və ya lent şəklinə gətirilmiş yaylıq boyuna dolanır və sağ və ya sol tərəflərədə şalın sərbəst ucları kəpənək şəklində düyünlənir.

 
Şərf və yaylıq bağlama üsulları - 1

Hörük

Lent şəkilli şal boyuna dolanır və tam mərkəzdən nisbətən boşaldırılaraq burulur. Sərbəst ucların biri bu buruğun önündən içəri salınır, digəri isə buruğun arxa tərəfindən içəri salınır. Şərf uzundursa, ortadan düyün vurmaq, çox qısadırsa, ucları səliqə ilə hörüyün arxasında gizlətmək, saçaqlı və digər əlavəsi olan ucları isə eləcə olduğu kimi buraxmaq olar.

 
Şərf və yaylıq bağlama üsulları - 1
16 aprel 2014
GO BACK