Moda aləmində brendlər hədsiz çoxdur və onları tanımamaq heç də eyib deyil. Amma moda ilə maraqlanan hər bir xanım yəqin ki, brendləri də tanımaq istəyər. Bu işdə sizə köməkçi olmağa çalışacağam. Dünyada məşhur bir neçə brendlər var ki, onları da tanımaq istəyirsinizsə, bir qədər diqqətli olun.
MİSSONİ
Çox rahatlıqla tanınan İtalyan moda brendidir. Missoni Mare, M Missoni, Missoni Home, Missoni Sport kimi moda evlərinin hər biri onlarla rəngin harmoniyasından ibarət olan eyni naxışlardan istifadə edirlər. Burada hansı rənglərin vəhdəti deyil, onların eyni naxış altında birləşməsi nəzərə çarpır. Missoninin əsasın modelləri toxunma üsulu ilə başa gəlir və çox zəhmət tələb edir. Ona görə də qiyməti də nisbətən baha olur.
Missoni al-əlvanlığı çox sevir və hər kolleksiyasında bu harmoniyanı saxlayır.
Əsil Missoni etiketi - həm rəgli, həm də ziqzaqlı.
Donatella Versace XX əsrin ən öndə gedən markası olan qardaşı Cianninin yolunu gedir. Qarışıq şəkillər, gözəl naxışlar brendin əvəzolunmazlarıdır. Bu stilin əsas modelləri Miley Cyurus məktəbindən bəhərlənib. Versace çeşidləri iri kəsikli donlar, metal zəncirlər, qızılı ornametlər, dəniz ulduzu şəkilli kəmərlər, ipli ayaqqabılardır.
"Yellow Diamond" Versace moda evinin qadın ətiri seriyasındandır. Məşhur model Abbi Li Kerşoy parfümün simasıdır. Bu ətir kimi heç bir şey qadınlara bu qədər təmiz, ruhlandırıcı hisslər bəxş edə bilməz. Sanki oddan enerji alır, günəş şüaları tək parıldayır, dəridə həqiqi almaz işıltısı yaradır.