Bu gün özünə qlamur deyən hər bir xanım dünyaca məşhur olan markalardan geyinir və moda ilə maraqlandıqları üçün rahatlıqla ətrafdakı insanların da hansı markadan geyindiklərini düzgün təxmin edə bilirlər. Bəs bunu necə edirlər? Bunu çox asanlıqla hər birimiz edə bilərik. Sadəcə? özəllikləri izləmək lazımdır. Siz də moda ilə maraqlanırsınızsa bu yazı məhs sizin üçündür!
Arzedine Alaia
Dizayner Naomi Kempbelin üstünlük verdiyi ayaqqabı və paltar modelləri məhz Arzedine Alaiaya məxsusdur. Bu markadan dünyaca məşhur olan simalar - Mişel Obama, Madonna, Ledi Qaqa istifadə edirlər.
Markanın özəlliklərinə diqqət yetirək: boyundan asqılı donlar, hörüklər, güpur toxunuşlar, büzmələr, naxışlar. A.Alaia haqqında demək olar ki, o, bütünlükdə qadın siluetinə bələddir. Onun ayaqqabı və aksesuarları perfarasiyali (dəlikli), çevrilmiş dəri və güpurlu, uzun qaytanlı, zərif dairəviliyi ilə fərqlənir. Kolleksiyadan nümunələri təqdim edirəm.
Burberry
Bu markanı tanımaq çox asandır. İşarələri verirəm - modelin əsasını düzgün qara-boz, bəzən qəhvəyi damalı rənglər qamması təşkil edir. Qarışıq rənglərdən istifadə olunmur. Adətən payız paltolarının konturları, kəmər və bəzək ornamentləri köynək, şərf və çantalarda istifadə olunur. Hər il dəb aləminə daxil olan bir brenddir. Son kolleksiya əlavə və yüksək bel, vinil və qələm ətək, ciddi görkəmlə səciyyələnir.
Coco Chanel kolleksiyasını Karl Legerfel hazırlayır. O, hər dəfə bunun üçün çox böyük işlər görür. C.Chanel tarixini və stilini saxlamaq həm də bu stili bu günün tələbi ilə uyğunlaşdırmaq, avanqard üslub yaratmaq asan iş deyil. Chanelin özü kimi kolleksiyası da feminist ruhda olur, heç bir dekoltedən, açıq-saçıqlıqdan istifadə olunmur. Səciyyəvi elemetləri - kaşmir, mirvari, iki ton rəng, dəniz stilli zəncirli, sırıqlı çanta.
Dolce & Gabbana
Domeniko Doloce və Ctefano Gabbana hər dəfə kolleksiyalarında rəngarəng çiçək təsvirləri, zərli kilsə mozaikası, qara və qəhvəyi leopard naxışlı ətək, paltar və köynəklər təqdim edirlər. Bu kolleksiyalar Roma Parta Partes bazarını xatırladır. Al-əlvan rənglər, antik naxışlar brendin özəllikləridir. D&G-nin əsas cəhəti Avropa imperializminin atributları ilə zəngin olmasıdır. Bunları isə yalnız muzeylərdə görmək olar. O, krallara məxsus qara, qırmızı və qızılı rənglər harmoniyasını, dəbdəbəli güpurü və iri bəzəkli, həmçinin seksuallığın rəmzi olan sıx korsetləri kolleksiyadan əskik etmir. O, qadını mütləq güc və iqtidarlığın simvolu kimi təcəssüm etdirir.