İllər ötsə də özünə güvənən qadınlar leopard naxışlı geyimləri hələ də geyinirlər və bu geyimlər dəbdən düşmür.
Ancaq belə naxışlı geyimlər hansı aksesuarlarla və hansı rənglərlə uyğun gəlir?
1.Leopard naxışlı geyimlər onsuz da seksuallıq yaradır,ona görə də belə geyimləri istifadə edərkən aşırı açıq geyinməyə yol verilməz.
2.Başdan ayağa belə naxışa bürünmək də gözəl olmaz.Geyimdə sadəcə bir aksesuarla da eyni təsiri yarada bilərsiniz.Məsələn,
qara rəngli bir donla leopard naxışlı ayaqqabı və çanta ilə çox gözəl uyğunluq yaratmış olursunuz.
3.Leopard naxışı yeni sezonda qırmızı rəngdən maviyə,sarıdan başqa rənglərə qədər qarşımıza çıxır.
4.Leopard naxışlı geyim həm də rahatdır,çünki demək olar ki,bütün rənglərlə uyğunlaşa bilir.
5.Leopard naxışını hər qadın geyməz,özünə güvənən qadınlar bu geyimdə cəsarətli olurlar.