"Qaz ayağı" payız və qış paltar modellərinin əsasını təşkil edən parça növüdür. Bu parçalar Şotlandiyada yaranıb. Qədim vaxtlardan Şotlandiyada yerlilərin müharibələri zamanı bir-birilərini tanımaq üçün paltarlarda xüsusi simvollar, emblemlər və gerblər yaradılırdı. Bu tanınma üsulları sayəsində romb şəkilli, damalı, qaz ayağı kimi naxışlı parçalar yayılmağa başladı. Bu parçaların yaranma tarixi Şotlandiyada XIX əsr hesab olunsa da onun mövcudluğu çox qədimlərə gedir. Rus dilində bu parçalar "Гусиная лапка", yerli əhali və ingilislər kimi bir çox ölkələrdə bu naxışlar "houndstooth", yəni "köpək dişi" kimi adlandırılır. Bu naxışlı geyimlər Loren Bekollinin rol aldığı "Olum və ölüm" filmində geyindiyi naxışlı pencəklərdən sonra dəb dünyasına daxil olub. O zamanlar qadınlar bu cür naxışlı şərf və örtüklərdən istifadə edirdilər.
1936-cı ildə bu göstərici "Shepherd's Check" adı ilə reyestrə daxil oldu. 30-cu illərdə bu naxışlı geyimlər yüksək təbəqəli insanlar üçün tikilməyə başladı. Kristian Diorun özü bu naxışlı geyimləri yalnız yüksək elita üçün hazırlayırdı, bura siyasətçilər, diplomatlar, monarxlar, o cümlədən Uels şəhzadəsinin geyimləri daxil idi.
1959-cu ildə K.Dior "qaz ayağı" naxışlı ayaqqabıları dəb dünyasına daxil etdi və bununla da bu brend bir dalğa kimi Avropaya yayılmağa başladı.
"Qaz ayağı" şəkilli paltarları necə uyğunlaşdırmaq olar?
Stilistlər qeyd edir ki, bu naxış özlüyundə qiddəti çox cəlb etdiyindən onu digər naxışlarla qarışdırmaq, bir neçə bu naxışlı geyim və aksesuarları eyni zamanda istifadə etmək olmaz. Ən düzgün variant onu öz tonundan tünd olan bir rəngli geyimlərlə tamamlamaqdır.
İndi bu naxışdan təkcə paltarlarda deyil, aksesuarlarda da istifadə olunur.
Chanel, Louis Vuitton, Emporio Armani, Maschino kimi məşhur modelyerlər yeni-yeni brendlər yaratmağa başladılar. Xırda naxışlar daha klassikdir və onların şəkli yalnız yaxından görünür, uzaqdan isə boz parça effektini verir. İri naxışlar daha yenidir və hal-hazırda daha çox iri naxışlardan istifadə olunur. Dizaynerlər son zamanlarda retro ağ-qara naxışlarla yanaşı, rəngli "qaz ayağı" naxışlarını da hazırlamışlar.