İngilislərin bir çoxu geyimə bir o qədər də fikir vermirlər. Britaniyada, ABŞ-da olduğu kimi ofislərdə kişilər- qalstuklu kostyumlar, qadınlar isə- paltar və ya yubka (şalvar yox) geyinirlər.
Bəzi mehmanxanalarda və restoranlarda kişilər qalstuk, qadınlar isə zərif geyinirlər.
İngilislər rahatlığı sevirlər. Onlar vaxtı yaxşı keçirtmək üçün küçəyə çıxdıqda prakitiki cəhətdən hər şey geyinə bilirlər. Teatra, kinoteatra və konsertlərə getdikdə nə istəsəniz-- müasir kostyum və paltarlardan tutmuş cins və sviterlərə qədər.
Amerikalılar bir çox hallarda ingilislərdən daha sərbəstdirlər, lakin onlar geyimə daha çox fikir verirlər. Evdə və ya istirahət etdikdə amerikalıların bir çoxu gündəlik, yaxud idman geyimində olurlar. Lakin onlar axşam çıxdıqda yaraşıqlı görsənməyi sevirlər. Yaxşı mehmanxanalarda və yaxud restoranlarda kişilər pencək və qalstuk, qadınlar isə- gözəl paltar geyinməli və zərif saç düzümü etməlidirlər. Lakin bu gün Britaniya və ABŞ-da adamaların bir çoxu olduqca ciddi geyimlər daşımırlar. Amma hərdən getdiyi yerə münasib geyinmək vacibdir.