Qadin.NET / İlk əlcəklər

İlk əlcəklər

Əlcək- qədim Misirdə meydana gəlmişdir.Keçmiş dövrdə yüksək status mənasını bildirirdi.O,ilk dəfə olaraq Misir fironu Tutanxamonun məzarından aşkar edilmişdir.Orta əsrlərdə əlcəklər qalın dəridən hazırlanırdı ki,bu da ov zamanı insanların barmaq uclarının qorunması funksiyasını həyata keçirirdi.O dövrdə xanımlar öz sevdikləri şəxsə sevgi rəmzi olaraq əlcəklər hədiyyə edirdilər.İlk əlcəklər yalnız biləyə qədər idi.Bu da xanımların daha kübar,daha gözəl görünməsi mənasını izah edirdi.

 






 

 

İlk dəfə olaraq XVI əsrdə əlcəklər dirsəyə qədər uzadıldı ki,bu tip əlcəklərin ilk istifadəçisi də ingilis şahzadəsi I Yelizaveta oldu.

 


İlk gəlinlik əlcəkləri isə sadəcə bəzək kimi yalnız IX əsrdə istifadə olunmağa başladı.Bu dövr üçün xas olan əlcəklər əsasən dəridən və ipəkdən ibarət idi.Qısa qol və ya dekolte gəlinlik donlarında dirsəyə qədər olan əlcəklərdən istifadə olunurdu ki,bu da bir növ gəlinlik donunu tamamlayırdı.Yay gəlinlik donları üçün isə əlcəklər yalnız yumşaq pambıqdan,həşkədən və ipəkdən hazırlanırdı.

 

14 yanvar 2011
GO BACK