Əziz xanımlar, sizi Britaniyalı moda brendi olan Alexander McQueenin 2013-2014 payız - qış geyim kolleksiyası ilə tanış etmək istəyirəm . Alexander McQueenin kolleksiyaları fərqliliyi ilə seçilir. O moda brendini dəyişmədən orijinal paltarlar tikir və özəlliklə paltarlarda olan bu tikişlər böyük diqqət cəlb edir. Ümumiyyətlə bu qadın hər zaman olduğu kimi öz kolleksiyasını maraqlı və incə işlərləri ilə müəyyən üslubda hazırlayır.
Şifon parçadan tikilən koftanın boğaz hissəsindəki muncuqlarla dizaynı bu koftaya fərqlilik verib.
Ağ, qırmızı və qara rəngdə olan qısa paltolara ispan tərzli qollar çox gözəl və incə görünüş verib.
Qələm kəsimdə olan bu gözəl paltarlar məncə hər qadının qarderobunda olmalıdır.
Bu paltar sadə olsa da, dekolte hissəsindəki muncuqalarla çox gözəl tamamlanıb.
Eleqantlığı ilə göz oxşayan bu pencək əsasən iş qadınlarının seçimi ola bilər.
İncə görünüşü ilə seçilən bu paltarı hətta hicablı xanımlarımızda ziyafət geyimi kimi istifadə edə bilər.
Bu gödəkçə idman üslubunda olan çəkmlərlə kombinə edilərsə gözəl görünüş ortaya çıxar.
Bu mövsümdə də yun parçadan toxunma paltarlar dəbdə olacaq, sadə dizaynlı yun paltarlar öz gözəlliyi ilə qadınlara zəriflik verəcək.
Qışda paltoların altından geyinilə biləcək sadə model.
Məncə bu modeli həm üst geyimi , həm də ki don kimi istifadə etmək olar.
Əziz xanımlar, belə görünür ki, ispan tərzində olan qollar bu mövsümün dəbidi və bu tərzdə olan qollara bir çox geyimlərdə rast gələcəyik .
Bu paltarın qısa çəkmələrlə kombinəsi çox gözəl alınar.
Göründüyü kimi qaşlarla bəzədilmiş paltarlar bu mövsümdən də yan keçmədi.