Qadin.NET / Yüksək Modanın əsl LEDİSİ

Yüksək Modanın əsl LEDİSİ

Yüksək Modanın əsl LEDİSİ

Qrafinya Vera fon Lendorff 60-cı illərdə dünyada yüksək modanın pərəstiş fiquruna çevrilmişdir.Moda sərgilərində və moda jurnallarının üz qabığında (Veruschka) ləqəbi ilə tanınmışdır.Şərqi Prussiyada anadan olan Veranın boyu 186 sm-dir.Onun atası qraf Henrix fon Lendorff keçmiş Prussiya aristokratları nəslindən idi.
Yüksək Modanın əsl LEDİSİ


1944-cü ildə O,Hitlerə qarşı sui-qəsddə iştirak etmiş və 1944-cü il 4 sentyabrda edam edilmişdir.

Bu hadisədən sonra Veranın həyatı kabusa çevrilmişdir.Uzun müddət ailəsi ilə birlikdə qohumların evlərindən dostlara,ordan da tanışlara köçməli olurdular.Bütün bunlar müharibə qurtarana qədər davam edir.Müharibədən sonra isə Vera təhsilini davam etdirmək üçün Hamburq bədii məktəbinə, ordan da Florensiyaya gedir.Burada Vera ilk dəfə bədənini yaxşı mənada satmaq haqqında fikrə gəlir.
Burda o qədər də uğur qazana bilməyən Veraya fotoqrafı Parisə getməyi məsləhət görür.Vera Dorian Li agentliyinə gəlir və "Elle","Vogue" jurnallarının moda çəkilişində iştirak edir.

1964-cü ildə Vera Avropaya qayıdır.Zaman keçirdi,O isə hələ məhşur ola bilməmişdi.Və bu zaman Vera başqa bir insan olmağa qərar verdi,Verushka olmağa.
Yüksək Modanın əsl LEDİSİ


Verushka digər modellərdən fərqli olaraq qara geyimdə və zamş ayaqqabılarla podiumlara çıxırdı,özü haqqında Şərqdən gələn birisi kimi əfsanələr yaradırdı.

Bütün bunlara O, özünün yumor hissini də qatırdı.Və Verushkaya doğru dünya yüksək modasının fotoqrafları axışmağa başlamışdı.

Onun kareyerinin çiçəklənməsi həyatına Franko Rubartelli adlı fotoqrafın gəlməsi ilə başladı.Bir tərəfdən də "Vogue" jurnalının redaktoru da bu cütlüyün zövqünü çox bəyənmişdi.

1966-cı ildə Veranın həyatı dəyişdi.Mikalancelo Antonioni Ona "Bloü up"filmində epizodik rola dəvət etdi.

Bu filmdən sonra Verushka Dünya kinosunun seks simvolu Merilin Monronu da geridə qoydu.

Fotoqraf Rubartelli ilə olan romanları 5 il sürdü.
Yüksək Modanın əsl LEDİSİ

Veranın sonrakı sevgililəri içərisində sonralar Piter Fond,Cek Nikolson,Uorren Bitti,Dasten Xoffman da olmuşdur.

Ən həyəcanlısı isə 186 sm boyunda olan Verushkanın 164 sm boyundakı Al Paçino ilə birləkdə olmaları idi.

1971-ci ildən Vera artıq fotosessiyalarda çəkilməkdən imtina etdi.Almaniyada rəssam Xorgel Türçellə 5 il yaşayaraq bədənini gözəl rəsm əsərləri yaradılması üçün "satdı"
Yüksək Modanın əsl LEDİSİ

Veranın çılpaq bədənində müxtəlif heyvan dərisi,daş,ağac və etnik naxışlar işlənirdi.


Elə indi də Vera fon Londorff istədiyini edir.Kommersiya olmayan filmlərə çəkilir,kitablar nəşr etdirir və s... 70 yaşında yenə də kişilərin ürəyini fəth etməyi bacarır.
Yüksək Modanın əsl LEDİSİ
2 aprel 2009
GO BACK