Adamın özünə yaraşan geyimi, rəngi, naxışı, aksesuarı seçə bilməsi üçün bədən xüsusiyyətini və tipini bilməsi şərtdir. Bu səbəblə, bədən və üz bütünlüyündə istənilən görünüşü əldə etmək üçün ilk addım, adamın özünü araşdırmasıdır-tanımasıdır.
İnsanın özünü olduğu kimi qiymətləndirməsi çətin olduğundan necə göründüyünə qərar verərkən yaxınlarından və aynalardan faydalanması lazımlıdır. Bu şəkildə təyin olunan bədən xüsusiyyətinə görə parça növünü, rəngi və modeli seçərkən bədən qüsurlarını pərdələmək də mümkündür.
İnsanların çox fərqli bədən strukturları vardır. Bədən ölçüləri baxımından bir-birinə yaxın olanları eyni qrup altında yığaraq bir neçə tip meydana gətirmək mümkündür. Bədən ölçüləri, ağırlıqları və görünüşlərinə görə dörd qrupda araşdırıla bilər.
Uzun boylu və dolu bədənlilər üçün:
• İncə toxumalı, az tüklü, mat görünüşlü, düz və tünd rəng parçalar,
• Boyuna incə xəttli və kiçik naxışlı parçalar,
• Detalsız modellər
• Çox dar və çox bol olmayan geyimlər,
• İncə kəmərlər,
• Orta böyüklükdə və uzun saplı çantalar təklif edilə bilər.
Uzun boylu və çəkisi az olan xanımlar üçün:
• Qalın, tüklü, parçalar,
• Eninə xəttli ya da naxışlı,açıq rəngli, parlaq parçalar.
• Böyük və geniş yaxalıq,
• Böyük aksesuarlar,
• Qısa saplı geniş çantalar təklif edilə bilər.
• Yüngül, tüksüz parçalar,
• Mat görünüşlü, tünd rəng parçalar,
• Boyları hündürlüyündə modellər, V yaxalı geyimlər,
• Çox dar olmayan geyimlər,
• İncə və tünd rəng kəmərlər, kiçik düymələr və aksesuarlar,
• Kiçik və uzun saplı çantalar təklif edilə bilər.
Qısa boylu və çəkisi az olanlar üçün:
• Qalın toxumalı, yüngül tüklü parlaq parçalar,
• Kiçik naxışlı, incə uzun xəttli və açıq rəng parçalar,
• Kiçik yumru və bağlı yaxalıq,
• Normal böyüklükdə uzun saplı çantalar,
• Çox böyük olmayan aksesuarlar təklif edilə bilər.