Qadin.NET / 2013-cü ilin rəngi - narıncı

2013-cü ilin rəngi - narıncı

Stilistlərin 2013-cü il  yaz-yay kolleksiyalarındakı bütün dizaynların içində olan narıncı rəng bizlərə 2013-cü il yaz-yay moda rənginin narıncı olacağı siqnalını verir.
Qış aylarını yavaş-yavaş geridə buraxdığımız bu günlərdə məşhur stilistlər 2013-cü ilin yaz-yay kolleksiyalarını tanıtmağa başladılar. Yazın istiliyini və gözəlliyini ürək dolusu yaşamaq üçün stilistlər əllərindən gələn dizaynları təqdim etməyə çalışmışlar. Xüsusilə bu yaz gözə dəyən ilk fərqlilik təəccüblü rəng kombinlərinin bir yerdə istifadə edilməsi oldu.
Dizaynerlərin təqdim etdikləri bütün modellərdən əskik olmayan narıncı rəng 2013-cü il  yaz-yay moda rənginin narıncı olacağını təsdiqlədi. 2013-cü il çimərlik geyimi və bikini nümayişlərində də gözə dəyən narıncı rəngi bu yaz hər yerdə görəcəyik. 
2013-cü ilin rəngi - narıncı

 

2013-cü ilin rəngi - narıncı

 

 

2013-cü ilin rəngi - narıncı
Məşhur stilistlərin bir çoxu dizaynda yalnız narıncıya yer verərkən, bəzi modelyerlər vizuallıq baxımından yalnız kiçik detallarda narıncı rəngdən istifadə etmişdilər.
2013-cü ilin rəngi - narıncı

 

 

2013-cü ilin rəngi - narıncı
Buradan da aydın olur ki, 2013-cü ilin yazından etibarən bütün dünyada narıncı rəng dəbdə olacaq. Aksesuarlarda da narıncı rəngin üstünlük təşkil edəcəyini görəcəyik.
2013-cü ilin rəngi - narıncı

 

Əgər dəbdən geri qalmaq istəmirsinizsə, elə indidən qarderobunuza nəzər salın. Əgər narıncı rəngdə geyiminiz yoxdursa, bu əskikliyi tamamlamağa tələsin. Şkafınızda paltardan aksesuara, hətta çimərlik geyimi və bikiniyə qədər bütün geyimlərinizdə narıncı rəngə yer ayırın.

 

28 fevral 2013
GO BACK