Bir çox modelyerin bu mövsüm üçün hazırladığı şərab rəngli geyimlər, qışın soyuq havasında sizə zərif yoldaşlıq edəcək.
Qırmızının bu ən zadəgan,ən dərin tonuna,məxmərlərdə,dərilərdə həttda cinslərdə də rast gələcəksiniz.
Doğru istifadəsində sizə xüsusi gözəllik verəcək.
Hər rəngi başdan ayağa istifadə etmək asan deyil,amma şərab rəngi bunun xaricindədir.Xüsusilə qısa boylu xanımlar üçün istifadə etmək daha uzunboylu görünməyi təmin edərək böyük bir üstünlük yaradır.
Bu il cinslərin ən rəngli olan dövrüdür.Bu qışda şərab rəngli cinslər ön plandadır.Şərab rəngli bir cins,pencək və ayaqqabıyla da gözəl bir görünüş yaratmaq çox asandır.
Tünd rəngin, xanımları daha incə göstərdiyi bir həqiqətdir.Və qara rəng bunun üçün tək variant deyil.Şərab rəngi ilə də daha incə görünmək mümkundur.
Şərab rəngini qızılı rəngli aksessuarlarla zənginləşdirmək,sizin gözəlliyinizə ayrı bir gözəllik qatacaq.
Bu rəngi tək bir detalla da üzərinizdə gəzdirə bilərsiniz,məsələn bir çantayla.