Qadin.NET / Bədən quruluşuna görə palto seçimi

Bədən quruluşuna görə palto seçimi

Paltolar qış günlərinin olmazsa olmazıdır.  Bu mövsümdə də  paltolar yenə növbənöv, çeşidbəçeşiddir...Hakim rəng qara olsa da digər rənglər də göz oxşamağa davam edir.

Bədən tipinizə ən uyğun paltonu tapmaq istəyirsinizə, o zaman yazılanları diqqətlə oxuyun.

Kök xanımlar üçün

Hələ də  əridə bilmədiyiniz bir qarına sahibsinizsə,o zaman bucaqlı və əyimli xətlər olan paltoları seçə bilərsiniz.Xətli paltolar belin daha incə görünməsini təmin edir.

Bu mövsüm tez-tez görəcəyimiz kəmərli paltolardan uzaq olun.Belə paltolar sizi daha kök göstərə bilər.

Ayaq boyu qısa olan xanımlar

Qısa bir ayaq boyuna sahibsinizsə, qısa və bədənə oturan modellər seçməlisiniz.

Ayaqlarınızı ortadan kəsəcək modellər qısa olan ayaq boyunuzu daha da  qısa göstərəcək. Boyuna xətli modellər isə boyunuzu olduğundan da uzun göstərəcək. Orta boylu və çox uzun paltolardan qaçın.

Sinə hissəsi böyük olan xanımlar

Sinəniz böyükdürsə, sinə qismini sıxaraq daha çox ön plana çıxarmayacaq bir model seçin.Kürklü və bəzəkli yaxalar diqqəti oraya çəkər. Bu cür xanımlara papaqlı paltolar daha uyğun ola bilər.

Ombalı xanımlar üçün

Zəncirbəndi  bağlanıldığı zaman ombanı  sıxmayan incə tikişli modellər sizin üçün uyğun seçimlər olar. Qısa və incə modellər ombalı qadınlar üçün uyğun modellər deyil. Omba xəttində bitən paltolar sizin üçün olduqca uyğun olacaq.

Hündür boylu və incə xanımlar üçün

Hər modelin olduqca yaraşacağı bir bədən tipinə sahibsiniz. Sərhədsiz seçim azadlığına sahibsiniz. Orta boy paltolar boyunuzu olduğundan qısa göstərər. Ombanızın üzərində bitən paltolar bədəninizi olduqca gözəl göstərər.

Ümumiyyətlə, hər bir geyimi öz bədəninizə uyğunlaşdırsanız, çox gözəl nəticələr əldə edəcəksiniz.

8 fevral 2013
GO BACK