Nyu-Yorkda yüksək moda həftəsi öz işinə başlayıb.
Dünya moda aləminin ən məşhur simaları Nyu-Yorkda öz kolleksiyalarını təqdim etməklə yanaşı, 2013-cü ilin yaz tendensiyalarını da müəyyən etməklə məşğuldurlar.
Dünyanın 80-dən çox dizaynerinin, o cümlədən Ralp Lauren, Calvin Klein, Michael Kors, Donna Karan, Zac Posen, Max Azrianın cəlb olunduğu moda həftəsi öz yeniliklərini dünya tamaşaçılarına göstərmək niyyətindədir.
Shou Nyu-Yorkun bir neçə məşhur arenalarında keçirilir, ən son təqdimat isə "Linkoln" mərkəzində olacaq.
Artıq moda ekspertləri 2013-cü il yaz tendensiyaları arasında ən yadda qalan nüansı qeyd ediblər.
Belə ki, gələn ilin yaz ayı üçün qara və qırmızı rənglərin sintezi dəbdə olacaq.
Bununla yanaşı, sırf qara rəngdən ibarət libaslar da ilin dəbli geyimləri sırasında olacaq.
Moda həftəsinin aparıcı dizaynerlərindən Ralp Laurenin qırmızı rəngli ziyafət geyimləri xüsusilə diqqət cəlb edir.
Geyimlərdən göründüyü kimi əvvəlki illərdən fərqli olaraq 2013-cü ilin dəb tendensiyalarının minimalizm və universallıqdan uzaq olacağı da bəlli olub.