Qadin.NET / Dəyişən moda qaydaları

Dəyişən moda qaydaları

 Əvvəllər dəbdə olmayan geyimlər indi dəbdədirBaxaq görək moda dünyasını dəyişdirən yeni moda qaydaları nələrdir

Dəyişən moda qaydaları

1. Əvvəllər fərqli rəng və naxışlı paltarlar geyinməzdilər. Hər kəs tərəfindən uyğunsuz hesab edilib, kimsə tərəfindən də bəyənilməyən bu zidd rənglər indi gənc qızlarımız tərəfindən trend halına çevrilmişdir. Qarışıq naxışlı bir şalvar ilə çox fərqli bir rəngdəki köynəklər hər kəs tərəfindən rahatlıqla kombinasiya edilərək geyinilə bilir. 

Dəyişən moda qaydaları 

2. Pozulan bir qayda da ayaqqabı və çanta uyğunlaşmasıdır. Əvvəllər ayaqqabı və çanta eyni rəng, ya da naxışlı olmazdısa, dəbli görünməzdi. İndi isə əksinə, eyni rəng geyinildikuyğunsuz olaraq qəbul edilir. Fərqli və bir-birinə tamamiylə zidd rənglər stilistlər tərəfindən yeni qaydalar olaraq təqdim edilir. 

Dəyişən moda qaydaları 

3. Əvvəllər burnu açıq ayaqqabının altından corab geyinilməzdi, indi o qaydanı da pozduq. Artıq burnu açıq ayaqqabıların altından istədiyiniz corabı geyinməyiniz mümkündür. 

Dəyişən moda qaydaları 

4. Növbəti qayda  ətəyin uzunluğudur. Bəli, əvvəllər böyüklərimiz "Yaş böyüdükcə xanımların ətəklərinin boyu da uzanar" deyərdilər. Lakin bu qayda da pozduq və cavan-qoca demədən mini ətək geyinməyi dəb halına gətirdik. 

5. Paltarlarımızın altından alt paltarın görünməsi kimsə tərəfindən xoş qarşılanmazdı. Lakin indiki vaxtda alt paltarın görünməsi üçün xüsusi paltarlar hazırlanır. Məsələn, yalnız tüldən hazırlanmış olan bir köynək indi dəbdədir.

14 mart 2013
GO BACK