Qadin.NET / Hündür Daban Ayyaqabbılar

Hündür Daban Ayyaqabbılar

Hündür Daban Ayyaqabbılar

Bizə dönə - dönə bildirirdilər ki, hündür dabanlı ayaqqabıların geyilməsi insan orqanizmi üçün ziyandır. Lakin hazırda müasir ekspertlər bunların tam əlehinə danışır və demək olar ki, öz fikirlərini dəyişiblər. ABŞ-da aparılan bir sıra araşdırmalar bunu deməyə əsas verir. Bu alimlərin fikrincə hündür dabanlı ayaqqabıların geyilməsi alçaq dabanlı ayaqqabılardan yaxşıdır. Mütəxəssizlər məsləhət görür ki, onlar istədikləri qədər hündür ayaqqabı ala bilərlər, bu onların ayaqlarının qorunması üçün lazımdır.
Şübhəsiz ki, yastı daban ayaqqabılar çox rahatdır, lakin bu tipli ayaqqabılar insanlarda pəncə və bel ağrılarına yol açır. Eyni zamanda ayaqlarda mazol, yumru şişlər və artrit xəstəliyinə yol açmaq ehtimalı vardır. "Son üç ildə biz bu istiqamətdə genişlənən problemlərin həll olunmasına diqqət yetirməyə başladıq. Bu kimi hadisələr daha çox yastı dabanlı ayaqqabı geyinənlər üçün xarakterik idi. Bütün bu sözlər cərrah Mayk O Neylə məxsusdur. Bu şəxs bildirir ki, yastı daban ayaqqabılar insanların yeriməyinə də zərər gətirir, xüsusən bəzi şəxslər yeriyərkən ayaqların yerdən götürmək əvəzinə sürütləməyəüstünlük verirlər. Bu da qamətdə yeni problemlərin yaranmasına səbəb olur.
Yastı daban ayaqqabılarda pəncə hissəsi içəriyə doğru uzanır və bu da diz qapaqlarında həll olunmaz məsələlərə yol açır. Mütəxəssizlər düşünür ki, daban hündürlüyünün 2,5 sm olması hamı üçün daha məsləhətə uyğundur. İtaliyan alimləri araşdırmalar nəticəsində bildirir ki, hündür daban ayaqqabıların geyilməsi qadınlarda bir çox xəstəliklərin yaranmamasına səbəb olur. Çünki dabanların altında yerləşən və yalnız qadınların orqanizmi üçün xarakterik olan hissələr vardır ki, bu orqanizmə xüsusi təsir edir. Beləliklə hündür daban ayaqqabılar qan dövranını gücləndirir, nəticədə qadınlarda müxtəlif problemlərin aradan qaldırılması daha da asanlaşır.
Necə deyərlər "Gözəllik qurban tələb edər..!!"

29 iyul 2010
GO BACK