Qadin.NET / Payız fəslinin ən aktual rəngləri

Payız fəslinin ən aktual rəngləri

Artıq payız fəsilinin astanasındayıq. Bu isə o deməkdir ki, artıq moda ilə yaxından maraqlanan insanları payız mövsümünün dəbi maraqlandırır. Məlumdur ki, bu payız sarı, qəhvəyi rəngli geyimlər aktual olacaq.


Xarici mətbuatda yer alan bilgilərə görə, yeni mövsümdə uzun müddət dəbdən düşmək bilməyən çəhrayı ilə qəhvəyinin zəngin çalarları əvəz edəcək. Stilistlərin sözlərinə görə, 1990 və 2000-ci illərdə doğulanlar məhz bu rəngə daha çox üstünlük verir.


Dizaynerlər payız-qış kolleksiyalarında açıq sarıdan tutmuş narıncı və qəhvəyiyə qədər bütün çalarlarından geniş istifadə edib. Sarı rəng ziddiyyətli olsa da, ondan imtina etmək lazım deyil. Payızın tutqun günlərində siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə etməklə onun yerini asanlıqla doldura bilərsiniz.

29 sentyabr 2020
GO BACK