Qadin.NET / Maqnitli manikür

Maqnitli manikür

Məlumdur ki, dövrümüzdə ənənəvi bir tonlu dırnaq boyaları dəbdə deyil. Əgər sizin dırnaq boyanız müxtəlif naxışlarla bəzəkli deyilsə, bu o deməkdir ki, siz dəbdən geri qalmısınız. Manikür dizaynında ən son yenilik maqnit dekorudur.

Bu cür dırnaq boyasının tərkibində kiçik maqnit hissəcikləri var. Boyanın qapağının üstündə olan xüsusi maqnitin köməyi ilə bu hissəcikləri bir neçə saniyədə dırnaqda təkrarolunmaz naxışlar yaranacaq.

Quruduqdan sonra “maqnit”li boya adət etdiyimiz boyalardan heç fərqlənmir, ancaq bəzəkli naxışlarından başqa.

Bu elmi ideyanın biznesdə tətbiqi fikri Nails İnc. Dırnaq boyası istehsalçısı olan Britanıya sahibkarına məxsusdur.

Şirkət yeni maqnitli boyanı britaniya bazarında Magnetic Attraction (“Maqnitli cazibə”) kimi təqdim etmişdir və bazara daxil olduğu andan Magnetic Attraction böyük marağa səbəb olmuşdur. Hal-hazırda bu dırnaq boyasının 3 rəngi - qızılı, gümüşü və bənövşəyi -Londonun görməli, diqqətəlayiq yerlərinin (“Biq Ben”, “Trafalqar meydanı”, “Parlament”) şərəfinə istehsal olunub. Bir şüşə maqnitli boyanın qiyməti 20 dollardır. Bu qeyri-adi maqnitli manikür effektinin alınması üçün boyanı dırnağa çəkmək və qurumasını gözləmədən dırnağın üzərində 10-12 saniyə ərzində saxlamaq lazımdır. Boyanın tərkibində olan kiçik dəmir hissəcikləri dartılır və maqnitli relyeflər təkrar olunur. 5 dəqiqədən sonra müdafiə xarakterli rəngsiz boya vurmaq olar.

Maqnitli manikür

 

Hesab edilirdi ki, boyanın digər ölkələrdə satışı 2011-ci ilin oktyabr ayından tez olmayacaq, lakin rəqib şirkətlər Nails İnc.-i qabaqlayaraq, öz analoqlarını bir neçə ay tez istehsal edib, satışa buraxırlar. Məsələn, LCN şirkəti “Maqnitli dırnaq boya”sı məhsulunun artıq 8 növünü istehsal edir və 10 dollara satır. Düzdür, maqnitləri ayrıca 20 dollara satılır. Lakin Magnetic Attraction boyalarından fərqli olaraq, bu boyalarla dırnaqlara müxtəlif: ulduz, dalğa və s. naxışlarını vermək olar.

 
  
Lakin məşhur kosmetika şirkəti Lancome bir neçə il əvvəl maqnitli manikür üçün məhdud sayda Le Magnetique adlı dırnaq boyalarını satışa buraxmışdı, məhsul tez bir zamanda satılsa da, bir daha istehsal edilməmişdir.

 

 

 

1 yanvar 2012
GO BACK