Qadin.NET / İlin rəngi: klassik mavi

İlin rəngi: klassik mavi

Kombinlərdə klassik mavi

Mavi rəngi gündəlik həyatda hər dəqiqə istifadə edə bilərsiniz. Güclü rəng çaları olan mavi ilə qeyri-adi kombinlər yarada bilərsiniz. Təbiətin digər rəngləri olan yaşıl, qəhvəyi, ağ rənglə mavi rəngi kombinləyə bilərsiniz. Qaranı sevənlər qara rənglə mavi rəngi asanlıqla kombinləyə bilər. Başdan ayağa mavi geyinmək krallıq ailəsinə uyğun seçimdir. Neon rənglərlə də istifadə edə bilərsiniz.

Makiyaj edərkən necə istifadə etməli?

Mavi rəngi makiyajda həm sevən, həm də sevməyən var. Çox soyuq və ya pudra çalarlı mavilərdən uzaq olun. Klassik mavi dedikdə daha tünd çalarlı mavini makiyaja daxil etmək çətin ola bilər. Mavi ten istifadə edirsinizsə, makiyajın qalanı sadə olmalıdır. Mavi layner çox üstünlük verilməsə də, istifadə edildikdə fərqli gözəllik yaradır.

Dekorasiyada klassik mavi təsiri

Evdə mavi rəngi istifadə etmək üçün çox yer var. Diqqət etməli olduğunuz ilk qayda, bu rəngi həddindən çox istifadə etdikdə boğucu hava yarada bilərsiniz. Qonaq otağında sakit abu-hava yaratmaq istəyirsinizsə, mavi divandan istifadə edə bilərsiniz. Mavinin ən uyğun olduğu yer yataq otağıdır. 

4 avqust 2020
GO BACK