Mif в„–1: 35 yaşdan yuxarı xanımlar mini paltar geyinməməlidir.
Müasir dövr isə bunun tam əksini göstərir. Gözəl və biçimli ayaqlar hər yaşda ola bilər. Niyə də belə gözəl ayaqlara və qamətə malik olan xanımlar onları gizlətməlidirlər. Belə gözəl ayaq və bədən quruluşu olan xanımlara misal olaraq Cenifer Lopez və Sara Cessika Parkeri göstərmək olar.
Mif в„–2: Uzun ətəkli donlar bəstəboy xanımlara yaraşmır.
İndi isə dəb ustaları belə nəticəyə gəliblər ki, bəstəboy xanımlar uzun ətəkli donlardan çəkinməməlidir. Bunun üçün daha çox yüngül parçadan tikilmiş donlardan istifadə etmək lazımdır. Bu şərtlə ki, qamətinizi pozmasın və hündürdaban ayaqqabını da geyinməyi unutmayın.
Mif в„–3: Bir-birinə uyuşmayan rənglər bütün geyimin harmonikliyini poza bilər.
Bu günün dəbi isə onu göstərir ki, müxtəlif rənglərin qarışığı surətinizin əsas özəyi ola bilər və sizi klassik ağ-qara rənglərdən fərqləndirər.
Mif в„–4: Başdan ayağa cins geyinmək zövgsüzlükdür.
Müasir moda isə göstərir ki, zövglə seçilmiş müxtəlif rəngli hər bir cins geyim dəsti sizi bənzərsiz edə bilər.
Mif в„–5: Ağ rəngli ayaqqabılar qara corablarla uyuşmur.
Unutmayın ki, müasir dövrdə qara rəng insanı qamətli göstərməklə yanaşı, həm də ağ rəngə diqqəti cəlb edir.
Bu bir daha onu göstərir ki, həyatda əbədi heç nə yoxdur.
Hər şey inkişaf edir, dəyişir, eləcə də dəbin qanunları.
Daima yeniliyə can atın. Əziz xanımlar, təki hər çey zövgünüzcə olsun.