Qadin.NET / Dəb və qadağalar

Dəb və qadağalar

Dəb və qadağalar

Elitar dəblərin bir çox qanunları var ki, bu gün də onlara riayət edilib və edilməkdədir. Amma zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər isə bu çərçivələrə sığmır və çox vaxt bunun əksinə gedərək, müvəffəqiyyət qazanırlar.

Dəb və qadağalar

1. Məsələn, əvvəllər deyirdilər ki, çanta ilə ayaqqabı eyni rəngdə olsa, daha gözəl görsənər. Ancaq XXI əsr dizaynerləri belə düşünmür. Onların qənaətincə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər baxımlı olar. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metallik rəngli klatç, parlaq rəngli ayaqqabı ilə uyuşar. 

2. Əvvəllər deyildiyi kimi, qara ilə göy və qəhvəyi rəngin uyuşmamasını birdəfəlik unutmaq lazımdır. Dizaynerlərin fikrincə isə, bu üç rəngin də uyuşan çalarları var, onları sadəcə axtarıb tapmaq lazımdır.

Dəb və qadağalar

3. Qızılla gümüş aksessuarları bir yerdə taxmaq zövqsüzlük sayılardı. Artıq o dövr keçdi. Qızıl sırğalar, gümüşü qolbaqlar, metal kulonlu boyunbağı, daş-qaşlı üzüklər və dəmir toqqalı kəmərlər — dəb aləmində bu gün bir ahənglik təşkil edir.

4. Əvvəllər üstü açıq ayaqqabılar işə geyilmirdi. İndi isə, bunun tam əksinədir.

5. Bir neçə il bundan qabaq müxtəlif naxışlı donları geyinmək dəb qanunlarına zidd idi. Müasir dövrümüzdə isə, əksinə belə geyimlər yüksək zovgdən xəbər verir.

6. Əvvəllər parıltılı pulcuqlarla bəzədilmiş donlar, yalnız müxtəlif ziyafətlər üçün nəzərdə tutulurdu. Bu gün isə belə parıltılı paltarları gündəlik həyatda da istifadə etmək olar.

4 noyabr 2016
GO BACK