Qadin.NET / Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?

Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?

 

Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?

Qırmızı rəngli paltarlar çox sevilən olsa da başqa rənglərlə uyğunlaşdırıb geyinmək də bir o qədər çətindir. Qırmızı rəngli paltar geyinsəniz, bütün diqqəti özünüzə çəkəcəksiniz. Çəkici və şık görünmək, eyni zamanda bütün diqqətləri çəkmək istəyirsinizsə, qırmızı rəngli paltar mütləq almalısınız.

Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?

Qırmızı rəngli kombinasiya daha çox qırmızının özü ilə, pudra, bej, qara və metallik rənglərlə uyğunlaşır. Qırmızı paltarlar ilə qırmızı, qara pudra və metallik rəngli ayaqqabı və çantalar uyğun gəlir, parlaq rəngləri sevənlər ayaqqabılarında isə mavi və sarı rənglərdən də istifadə edirlər

Saç formasına gəldikdə isə, donun (paltarın) formasına uyğun edilir. Orta uzunluqlu paltar ilə saçlar açıq qoyulur, uzun ətəkli paltarlarla isə saçlar ya topuz yığılır, ya da at quyruğu yığılır

Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?

Gündəlik geyiminizdən fərqli olaraq ziyafətə gedərkən qırmızı müxtəlif çalarlarından və yaxud qırmızı rəngli atlas parçadan olan paltarlardan da istifadə edə bilərsiniz

Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?

Şəkillərdən də göründüyü kimi qırmızı rəngli paltarları bej, pudra, ağ və qara rəngli çanta və ayaqqabı ilə uyğunlaşdırıb geyinsəniz daha zövqlü seçim olacaq.

Moda aləmində qırmızı qısa donları çox zaman qara kalqotka, qara ayaqqabı və çanta ilə kombin edirlər və bu kombinə çox gözəl görünür. Uzun illərdir ki, dəbdən düşmür. Bunu da qeyd edim ki, qırmızı rəngli kombinələrdə aksessuarlardan çox istifadə etmək məsləhət deyil. Çünki qırmızı rəng diqqət çəkən olduğu üçün istifadə etmək istəsəniz də daha sadə aksessuarlar seçin.

2 oktyabr 2013
GO BACK