Qadin.NET / Geyimlərin tarixi haqqında (1)

Geyimlərin tarixi haqqında (1)

Ayaqqabılar: İlk məlum olan ayaqqabı növü səndəllər olmuşdur. Dəlillər göstərir ki, baxmayaraq ki, insanların əksəriyyəti ayaqyalın gəzirdi, səndəllərdən hətta ən ilkin sivilizasiyalarda da istifadə olunurdu. Belə fərz olunur ki, Mesopotamiyada dağa dırmaşanlar təqribən e.ə. 1600-cü illərdə ilk mokasen tipli ayaqqabılar geyinirmişlər. Bu yumşaq ayaqqabının hazırlanmasında ayağı örtmək üçün dəri və birləşdirmək üçün xam gön iplərdən istifadə olunurdu. Stilet dabanların ilk nümunəsi Qədim Misirdə e.ə. 1000-ci illərin qəbirlərində tapılmışdır.

Geyimlərin tarixi haqqında (1)

Paltolar: paltolar qədimdən bəri kişilər və qadınlar üçün geniş yayılmış geyim idi. Tarix boyu ölçü, rəng, forma və materialına görə fərqlənib. İlkin paltolar qısa qol hazırlanmışdır və ancaq yüksək zümrənin adamlarına məxsus geyim sayılırdı. Makintoş paltonun ixtirası yağışlı havada yüksək qiymətləndirilirdi, çünki Makintoş 19-cu əsrin ortalarında yaradılmış geniş, sukeçirməz paltodur. Bu paltolar vaxtilə dünyanın ən dəbdəbəli paltoları hesab olunurdu. 1823-cü ildə Çarlz Makintoş sukeçirməz, rezin parçanı patentləşdirdi. Dərzilər bu materialın çətin tikilməsini nəzərə alaraq ondan gündəlik işdə istifadə etməkdən imtina etdiklərinə görə 1840-cı ildə Çarlz Makintoş özünün fabrikini yaratmış və burada ilk suyadavamlı geyimlər hazırlamışdır. Paltarlar üçün suyadavamlılıq metodları 1970-ci illərədək inkişaf etdirilməmişdir.  

Geyimlərin tarixi haqqında (1)

Şalvarlar: Bizim indiki kimi tanıdığımız şalvarlar 19-cu əsrdə yaranmışdır. Lakin məlumdur ki, Qədim İranda qadınlar artıq şalvar geyinirdi. Avropada orta əsrlərin əvvəllərində kişilər tunika geyinirdilər, lakin metal yaraq-silahlar bu geyimi qeyri-praktik edirdilər. Beləliklə, corablar, daha sonra isə bricilər kişilər arasında getdikcə məşhurlaşdı. Bricilər dizin aşağısında bərkidilən və altında corab geyinilən şalvar idi. Təqribən 1820-cu illərdə brici baldırı örtən şalvarla əvəz olundu və pantalon adlanmağa başladı. 1830-cu illərdən sonra şalvar topuqlarda daha geniş və daha uzun oldu və o zamandan bəri kişilər üçün əsas geyim növü olmuşdur.

Ardı var

10 fevral 2013
GO BACK