Qalife
Qalife çanaq hissədən gen, ətəyi isə dar formalı tikilmiş şalvardır. Fransız generalı Qalifenin şərəfinə adlandırılıb. Belə ki, 1870-ci ilde fransız-prussiya müharibəsində çanağından yaralanan general üçün Anna-Mari adlı bir xanım bu üslubda şalvar geyinməyi təklif edir. O zaman fransız əsgərləri çox dar şalvar geyindiyindən çanağı qorxunc vəziyyətə düşmüş general Qalife çətinliklə də olsa xanımın təklifini qəbul edir. 1980-cı ildə isə qalife qadın modasına daxil oldu. Hazırda Gucci, Dolce and Gabbana, Christian Dior, Ralph Lauren və s. kimi məşhur moda kolleksiyalarında nümayiş etdirilir.
Bolero
Bolero qolsuz qısa jaketdir. 18-ci əsrin sonunda İspaniyada kişilərin qarderobunun əsas elementlərindən idi. Sonradan dizaynerlər boleronu qadın qarderobuna daxil etdilər. Artıq qısa və uzun qollu bolerolara da rast gəlmək olur. Hazırda Gucci, Louis Vuitton, Pollini kimi dəb kolleksiyalarında uğurla numayiş etdirilir.
Kardiqan
Yaxalıqsız qalın materialdan tikilən jaketlərdir. İstənilən uzunluqda ola bilər. Kardiqan 18-ci əsrdə İngiltərədə hazırlanmışdır. Maraqlısı bundadır ki, kardiqan da kişilər üçün nəzərdə tutulmuşdur. Kardiqanı digər jaketlərdən fərqləndirən cəhət sonacan tikilən düymələrinin olmasıdır.
Uggi
Qoyun dərisindən hazırlanmış uggilər 100 il bundan əvvəl Avstraliyada kəndlilər üçün icad edilmişdir. Uggilər soyuq havada ayağı isti saxladığı halda, isti havalarda isə sərin saxlayır. Müasir dövrdə isə uggiləri xanımlar gündəlik imiclərində istifadə edirlər.
Ponço
Ponço böyük düzbucaqlı formasında olan ənənəvi latın-amerika üst geyimidir. Əsasən qalın materiallardan hazırlanır.