Qadın.Netin sizlərə təqdim etdiyi bu rubrikada moda aləminin terminlərindən bəhs edəcəyik. Gündəlik həyatımızda tez-tez rast gəldiyimiz, oxuduğumuz və eşitdiyimiz bu terminlərin mənasını öyrənmək faydalı olar deyə düşündük.
Qeyd edim, bu terminlər dilimizə tərcümə edilmir.
Aksessuar- Geyimi tamamlamaq üçün istifadə olunur. Aksessuar qismində şarf, kəmər, yaylıq, sadə zinyət əşyaları,eynək, çanta və s. çıxış edə bilər.
Dekolte- Geyimin çiyin və sinə hissəsinin açıq forması.
Klaç- Tutacağı olmayan, adətən mərasimlər üçün nəzərdə tutulan kiçik çanta.
Manto- Sərbəst biçimli, bədənə tam yapışmayan üst geyimi.
Trençkot- Cüt düyməli, manjetli qadın üst geyimi
Leggings- Tam dar formalı şalvar.
Şleyf- Mərasim geyimlərində arxa hissənin yerə toxunacaq qədər uzun forması.