Qadin.NET / Çimərlik çantasında nələr olmalıdır?

Çimərlik çantasında nələr olmalıdır?

Çimərlik çantasında nələr olmalıdır?

Artıq havaların yetərincə qızması dəniz mövsümünü açıq elan etməyimizə səbəb verir. Mən də sizə çimərlik üçün çantamızda nələr götürməli olduğumuzu təqdim etməyi düşündüm. Ümid edirəm xəbərim köməyinizə çatacaq. 

 Çimərlik çantasında nələr olmalıdır?

Can dəsmalı

Çimərlik çantasının olmazsa olmazları içində ən başda can dəsmalı durur. Bəli, ən gözəl can dəsmalınızı çimərlik çantasına yerləşdirin.

Çimərlik geyimi

Çimərliyə çimərlik geyimi olmadan getmək mümkün deyil. Odur ki, çantanıza çimərlik geyimi də əlavə edərsiniz. 

Çimərlikdə bikini üzərindən örtə biləcəyiniz yaylığı da unutmayın. 

Çimərlik geyimini öz bədən qurluşunuza görə seçin. Dəbli və yaraşanını seçsəniz mükəmməl görünəcəksiniz.  

Çimərlik çantasında nələr olmalıdır?

Günəş kremi

Təbii ki, kimsə çimərliyə günəş kremi olmadan getməz. Günəş kremini ilk olaraq çantanıza yerləşdirin.  Günəş kremim var-deyib günün qızmar çağında günəşlənməyiniz heç düzgün deyil. Bu dərinizdə arzuedilməz ləkələr yarada bilər. Ən yaxşısı saat 11:00-a kimi və ya 17:00-dan sonra çimərliyə tələsin. Günəş kremini çəkməyi də unutmayın. 

Çimərlik çantasında nələr olmalıdır?

Eynək

Bəli, günəşdən gözlərimizi qorumağın əsas yolu günəş eynəkləridir. Onlarsız çimərlik mümkün deyil.  

Çimərlik çantasında nələr olmalıdır?

Şlyapa

Papaq və ya şlyapanızı da mütləq götürün. Saçlarınızı günəşin şuasından qorumuş olarsınız. 

24 iyun 2016
GO BACK