Qadin.NET / Çimərlikdə gözəl görünmənin sirrləri

Çimərlikdə gözəl görünmənin sirrləri

Çimərlik mövsümü gəldiyindən,  bütün qadınların ağılına gələn şeylərdən biri dənizə ya da hovuzda  gözəl görünməkdir. Buna nail olmaq üçün yaydan çox əvvəl başlanan pəhrizlər və özünə diqqət yetirmək üçün edilənlər təbii ki, çox əhəmiyyətlidir. Xüsusilə artıq çəkili xanımlar çəkilərinin azalması üçün səy göstərməlidirlər. Ancaq çimərlikdəki gözəllik yalnız zərif olmaqdan ibarət deyil. Sizin üçün bu yazımda sahildə necə gözəl görünə biləcəyinizə dair sirrləri hazırlamağa çalışdıq və ümid edirik ki, faydalanacaqsınıız.

 Ayaqlarınıza diqqət edin

Çimərlikdə gözəl görünmənin sirrləri

Çimərliklər cəmiyyət içərisində ayaqqabı geyinmədiyimiz nadir yerlərdən biri olduğundan ayaq baxımımıza bu tip yerlərdə daha çox diqqət yetirməmiz lazımdır. Düz dırnaqlara pedikürün köməyi ilə nail olmaq olar. Dırnaq boyasının seçiminə  də diqqət etmək lazımdır. Bu ayaqlarınızın gözəl görünüşünü daha xoş edəcəkdir.

Dəri baxımı önəmlidir.

Yalnız ayaqlarınıza qulluq etməklə gözəl  ola biləcəyinizi sanırsınızsa yanılırsız. Hava dəyişikliyi ilə əlaqədar dəridə yaranan problemləri aradan qaldırmaq üçün mütləq qoruyucu kremlərdən istifadə etmək lazımdır.

Sellülitlə mübarizə edin

Çimərlikdə gözəl görünmənin sirrləri

Bikini və çimərlik geyimi geyinərkən təbii ki, ən çox diqqət çəkən bölgələrdən biri də ayaqlardır. Ayaqlarınızda olan sellülit sizin özünüzü narahat hiss etmənizə səbəb ola bilər. Sellülitin aradan qaldırılması üçün sellülit əleyhinə kremlərdən istifadə etmək, mütamadi məşqlər etmək lazımdır.  Xüsusilə bu dövrdə rahat qida sayılan fast food qidalarından uzaq durmaq, sellülitin daha da artmamasına kömək olacaq.

Saçlarınıza daha çox diqqət yetirin

Çimərlikdə gözəl görünmək üçün saçlarınızın baxımlı olduğundan əmin olmaq lazımdır. Bunun üçün saça qulluq etmək, qidalandırıcı maskalardan istifadə etmək və saçqıranlardan xilas olmaq vacibdir. Əbəttə sahilə gedərkən salona gedib saça formalar vermək lazım deyil, ancaq ən azından gözəl və sağlam saçlara sahib olmaq lazımdır.
Çimərlikdə gözəl görünmə sirrlərindən, ən az bir neçəsindən faydalanaraq, gözəl görünmənizə çalışacağınıza inanırıq. Hər kəsə indidən yaxşı və əyləncəli istirahət arzu edirəm!

12 iyul 2013
GO BACK