Qadin.NET / Çimərlik üçün saç modelləri

Çimərlik üçün saç modelləri

Xəzər dənizində artıq dəniz mövsümü açıldı. Buralarda bu an dənizə girəcək qədər isti hava olmasa da vətənimizin cənubunda havanın istiliyi dəniz üçün çox uyğundur. Çimərlik geyimləri hər bir qadın üçün vacib olduğu qədər, çimərlik üçün ediləcək saç düzümü də önəmlidir.  Dənizə və ya hovuza girib çıxdıqdan sonra, saçlarınızın yapışıb pis görünməsindən şikayət edə bilərsiniz. Çimərliyə getməzdən əvvəl saçlarınıza necə forma verməniz lazım olduğuna qərar verə bilmirsinizsə bu modellərə birlikdə nəzər salaq.

Saçları təpədən yığa bilərik. Ancaq ön tərəfləri bir az qabartmaq lazımdır. Əgər buruq saçlarınız varsa özündən qabarıq dayanacaq.

Çimərlik üçün saç modelləri

 Çılğınlığıı sevirsinizsə saçlarınızı  açıq qoyun. Onsuz da su ona dalğalı bir görünüş verəcək.

Çimərlik üçün saç modelləri

 Və ya bu şəkildə saçlarınız uzunsa fərqli bir model meydana gətirə bilərsiniz.

Əgər mafialardan xoşlanırsınızsa saçlarınızı aşağıdakı şəkillərdə də yığa bilərsiniz.
Çimərlik üçün saç modelləri 

Çimərliklərdə seçilən modellərdən biri də saç hörgüləridir. Həm rahatlığı təmin edər, həm də qəşəng bir görünüş verər.

Çimərlik üçün saç modelləri
7 iyul 2013
GO BACK