Qadin.NET / Balaca qız uşaqları üçün çimərlik geyimləri

Balaca qız uşaqları üçün çimərlik geyimləri

Yay mövsümü yaxınlaşdıqca hamı çimərliklərə getməyə hazırlaşır və həvəslə havaların istiləşməyini gözləyir. Bunu ən çox da balacalar həvəslə gözləyir. Onlar da özlərinə çimərlik geyimləri almaq istəyirlər. Əsas da qız uşaqları analarının çimərlik geyimlərinə baxıb daha da həvəslənirlər. Sizlərə bir neçə nümunə təqdim edirəm inşallah balaca nazlı, qəmzəli gözəllərin xoşlarına gələr. Çünki indiki zəmanədə analar bir tərəfə çəkilib, uşaqlar öz zövqlərini nümayiş etdirirlər.

 

İki hissədən ibarət olan bu çimərlik dəsti balaca modabazların ürəyincə olacaq.

Üzərində ürəklər olan açıq çəhrayı rəngdəki bu geyim də çox xoşagələndir.
Qara ilə qırmızı rəngin ahəngi göz oxşayır.
Quş formasında hazırlanan bu çimərlik geyimi necə də şirindir.
Bu geyim günəş şüaları qəbul etmək istəyən balacalar üçün çox əlverişlidir.

Bu model Barbini sevən qızların ürəyincə olacaq.

Barbini sevən balacalar üçün daha bir gözəl dəst. Rəng uyumu çox gözəldir.

Məncə, bu dəsti hər bir qız sevə-sevə geyinəcək.

Ürəklərlə bəzədilmiş qırmızı rəngli çimərlik geyimi bir qədər böyük qızlar üçün nəzərdə tutulub.
Son vaxtlar bütün uşaqların sevimli cizgi filmi olan "WİNX CLUB" qızları artıq çimərlik geyimlərini də bəzəyir.
Bu dəstlə balacalar özlərini sevimli nağıl qəhrəmanları kimi hiss edəcəklər.
Çəhrayı rəngli geyimlə balaca qızınız əsl dəniz qızı olacaq.
Yayı, dənizi, qumu sevən balaca xanımlar üçün hazırlanmış daha bir gözəl geyim.
Boyundan bağlamalı rəngarəng bu model çox gözəl görünür.
Ümid edirəm ki, balaca qızlarımız bu çimərlik geyimlərini bəyənərlər.
2 iyun 2013
GO BACK