Qadin.NET / Hamilə xanımlar üçün çimərlik geyimləri

Hamilə xanımlar üçün çimərlik geyimləri

Bütün oxucuları salamlayıram. Hamilə olmaq məncə bütün qadınların arzularıdır. Əlbətdə ki, ana olmaq. Kiçik yaşlarımızda bunu dərk etmədən arzulayırıq amma yaşımızın üstünə yaş gəldikcə bunun necə müqəddəs, gözəl və əvəzolunmaz bir hiss olduğunu anlayırıq və bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Bəli, qarşıdan yay gəlir və artıq çimərlik mövsümü açılır. Hamı kimi və hətta hamıdan çox hamilə xanımlara dəniz havası, bol-bol üzmək lazımdır. Buna görə də sizlərə bir neçə çimərlik geyimi nümunəsi təqdim edirəm. İnşallah ürəyinizcə olar.
Bilirəm ki, bizim bəzi xanımlarımız hamiləlik zamanı çimərliklərə getməkdən çəkinirlər. Onlardan biri də mən... Hamiləliyimdə kökəldiyim üçün nəinki çimərlik geyimi, heç adi paltarlarımıda geyinə bilmirəm. Amma bu tünd rəngli geyim bədənimizdəki qüsurları gizlətməkdə bizə bir az da olsa köməklik edəcəkdir.

 


Narıncı rəngdə və üzəri güllü olan bu çimərlik geyimi də çox gözəldir.

Xırda nöqtələrlə naxışlandırılmış bu çimərlik geyimi də məncə gözəldir və qarının böyüklüyünü o qədər də ortaya çıxartmayacaq.
Sadə və gözəl.
Çox gözəl və canlı rəngə malikdir.
İnşallah mənim seçimlərimi bəyənərsiniz.
23 iyun 2013
GO BACK