Qadin.NET / Çimərlik geyimlərini sevənlər üçün

Çimərlik geyimlərini sevənlər üçün

İllər ötür, zaman keçir, fəsillər dəyişir, bir sözlə, insanın ömründən gedir. Fəsillər dəyişdikcə insanların geyim tərzi də dəyişir. Qışda geyindiyimiz qalın, bağlı geyimlərin tam əksi olaraq, yayda daha açıq geyimlərə üstünlük veririk. Yay fəslini, qızmar günəşi, dəniz mövsümünün gəlişini səbirsizliklə gözləyən insanlar var. Hər məkanın öz geyim tərzi olduğu kimi dəniziin də öz geyim tərzi var. İndiki dövürdə dənizdə üst paltarı ilə çimən qadına rast gəlmək nadir hallarda ola bilər. Paltar ilə çimmək hələ üzməyi bacarmayanlar üçün təhlükəli ola bilər. Ona görə də dənizdə çimmək üçün çimərlik geyimləri var və o geyimlərdən istifadə etmək məsləhətdir. Çimərlik geyimləri hər bir qadının zövqünə görə müxtəlif tərzdə ola bilər. Kimisi daha qapalı, kimisi daha açıq çimərlik geyimlərinə üstünlük verir.

Baxın, bu geyim qapalı geyinməyi sevənlər və kompleksləri olan xanımlar üçün gözəl seçim ola bilər.

Bu  çimərlik geyimi də qapalı geyinməyə üstünlük verənlər üçündür və hər yaşda olan xanımlar belə geyinə bilər.

Bu çimərlik geyimləri həm öndən, həm arxadan dekolteni sevən xanımlar üçün nəzərdə tutulub. Bu cür geyimlər daha incə, arıq xanımlar üçün gözəl geyimdir. Bu geyim cəsarətli və bədəninə güvənən xanımların seçimidir.

Yaşılın açıq tonudur. Həm qabağı, həm arxası dekoltelidir. Gənc yaşda olan xanımların vücudunda gözəl görsənir.
Çimərlik geyimlərini sevənlər üçün
Ağ rəng yayda ən çox istifadə edilən rəngdir. Çox gözəldir. Arxası da ön hissəsi kimi dekoltelidir.
Bu rəng gecə mavisi adlanır. Qabağ hissəsi örtülü, arxadan isə açıq dekoltelidir. 

İki rəngin çalarını sevənlər üçün. Əsl yay rəngidir. Eləcə bədənlərinin qaralmasını istəyənlərin bu cür açıq geyimlərdən istifadə etmələri məsləhətdir. Ağ və çəhrayı bir-birinə uyğun rənglərdir. 

Bənövşəyi və mavi rəng. Bu deyim də dəstdir. Arıq xanımların bədənində gözəl görünür. 

Bu çimərlik paltarları da hər tərəfli dekoltelidir. Artıq çəkili xanımlar bu cür geyimdən uzaq durmalıdır.

Alt və yuxarı hissə iplə bağlanır. Biri yandan, digəri boyundan. Bu növ cimərlik geyimlərini sevən xanımlar mütləq vardır.
Ağ və göy rəngdə olan qarışıq çimərlik geyimi çox incə xanımların vücudunda gözəl görünər. Şəkildəki xanım kimi.
Çimərlik geyimlərini sevənlər üçün
Qara rəng həmişə dəbdədir. Bu rəng çox xanıma yaraşır. Bədəninin müəyyən hissələrinin kiçik görünməsi üçün gözəl seçim ola bilər.
Üç rəngin qarışığı-çəhrayı, qəhvəyi və ağ. Bu üç ton bir arada zövqlü görsənir. Yuxarıdan boyundan bağlama, aşağıdan da yandan iplə bağlamadır.
Çimərlik geyimlərini sevənlər üçün
Boyundan bağlama və yandan bağlamadır.
 
Bu tərzdə bir neçə rəngin qarışığıdır. Bədənin hər yerinin qaralmasını istəyirsinizsə, bu cür çimərlik geyimindən istifadə edin.
Əziz xanımlar, yayın gəlişinə hələ qalıb, yəni zaman var. Sizlər də öz bədən ölçülərinizə görə çimərlik geyimləri ala bilərsiniz.
7 mart 2013
GO BACK