Qadin.NET / Hicablıların burkini çimərlik geyimləri

Hicablıların burkini çimərlik geyimləri

Hicablıların burkini çimərlik geyimləri


      Hələ yay fəslinin gəlişinə çox qalıb. Yay gəldikdə hər kəs istirahət barədə düşünür. İstirahət dedikdə hər kəsin ağlına ilk öncə çimərliyə getmək gəlir. Qadınlar yayın gəlişinə öncədən hazırlaşırlar. Artıq çəkili xanımlar artıq kilolarından, hər hansı bir kompleksi olan xanımlar komplekslərindən qurtulmağa çalışırlar.
     Yay da çimərliyə gedib, dəniz də, hovuz da çimmək əksəriyyətimizin xoşuna gəlir. Çimərlik geyimləri açıq-saçıq olduğundan bədənin bəzi yerləri açıq da qalır. Bu da bəzi hicablı xanımların istirahətdən istədikləri kimi zövq almalarına mane olur. Bütün bunları düşünərək, avstraliyalı modelyer Axeda Zanetti hicablı xanımlar üçün Burkini adı altında çimərlik geyimləri istehsal edib. Burkini yəni, "bikini" sözündəndir. İndi bu geyimdən müsəlman ölkələrin də, eləcə də Avropa ölkələrində yaşayan hicablı xanımlar istifadə edirlər. Düzdür, bəzi Avropa ölkələrin də,məsələn, Fransada bu geyimdən istifadə etmək qadağandır. Səbəb də bu geyimlər gigiyenik deyil, uşaqlar bu cür geyimli qadınları gördükdə qorxurlar. Lakin bütün bunlara baxmayaraq, çox dəbdədir.
     Burkinilər çox rahatdır, sudan çıxdıqda su saxlamır, tez quruyur, əsas da bədənə yapışmır.
 Hicablıların burkini çimərlik geyimləri
Hicablıların burkini çimərlik geyimləri

Hicablıların burkini çimərlik geyimləri

    Burkinilər də qaralmaq da mümkündür.
Hicablıların burkini çimərlik geyimləri

Hicablıların burkini çimərlik geyimləri
Bu geyimlər günəşin zərərli ultra bənövşəyi şüalarını geri qaytarır.
 

Hicablıların burkini çimərlik geyimləri

           Çox bahalı parçadan hazırlanıb. Zövqə görə istədiyiniz rəng də, istədiyiniz tərz də tapmaq mümkündür. 
 

       Bu vaxta kimi çimərlikdə, hovuzda çimmək bir xəyal idisə, artıq real ola bilər. Onu da deyim ki, bu geyimlərdən təkcə hicablı xanımlar deyil, eləcə də açıq çimərlik geyimlərini sevməyən xanımlar da geyinə bilərlər.

25 yanvar 2013
GO BACK