Heyvan dərisi naxışları
Bir çox sezondur qarderobumuzu bəzəyən heyvan dərisi naxışları bu sezon da ayaqqabılarda öz əksini tapacaq.
İdman tərzi yay ayaqqabıları
İdman tərzində yay ayaqqabıları bu sezona damğasını vuracaq. Rahatlığı sevənlər üçün ideal seçimdir.
Dördbucaq burunlu ayaqqabılar
Uzunburun ayaqqabıların yerini yeni tərz ayaqqabılar alacaq. Ayaq barmaqları daha rahat olacaq.
Neon
2019 yaz və yay sezonun ən böyük trendləri arasında yer alan neon, təbii ki ayaqqabılardan da əksik olmayacaq. Rəngli neon ayaqqabılarla, ayaqlarınıza da parıltı gələcək.
Platforma
Platforma ayaqqabılar geri qayıtdı. Yüksək ayaqqabıları geyinməyə hazırsınızsa, bu sezon olduqca yüksəkdə keçəcək.
Tüklü ayaqqabılar
Dünyaca məşhur markaların yaz podyumları tüklü ayaqqabıların keçidinə şahid oldu.
Şəffaf ayaqqabılar
Xüsusilə, yaz botinkalarında bu trendi çox sevəcəksiniz.