7-dən 70-ə bütün qadınların sevərək geyindiyi uzun burunlu ayaqqabı modelləri artıq dəbdən düşüb. Keçən ilin payız mövsümündə uzun burunlu ayaqqabılar dəbdə olsa da, bu il heç də dəbdə deyil.
Bir çox məşhur markanın sərgisində görəcəyimiz dairəvi burunlu ayaqqabılar bu ilin sevimlisi olacaq.
Bu qış sadəcə vilvet qolları ya da yaxaları olan geyimlər deyil, çəkmələrdə də istifadə edilən vilvet parçalı, dairəvi burunlu çəkmələr dəbdə olacaq.
Rahatlıq mövzusunda xüsusilə iş qadınlarının olduqca bəyənəcəyi retro tərzi əks etdirən alçaq dabanlı ayaqqabılar yeni sezonda yerini alıb. Rahatlığına görə işgüzar qadınların olduqca bəyənəcəyi retro tərzini özündə əks etdirən alçaq dabanlı çəkmələr Channel markasının yeni kolleksiyasında yerini aldı.