Düz dabanlı sneakerlar
Düz dabanlı ayaqqabılar ayaqlarınız və dizləriniz üçün çox zərərlidir. Xüsusən hər gün geyinirsinizsə. Bu tip ayaqqabılar alarkən daxili dabanlarına diqqət etməlisiniz. Ortopedik olanları seçməyə diqqət göstərməlisiniz.
Dabanlı başmaqlar
Ayaqlarınızı uzun, biləklərinizi incə göstərən dabanlı başmaqlar tarazlığı təmin edəcək kiçik bağlara malik olmadığına görə yerimək üçün uyğun deyil. Bundan başqa, daban çatına səbəb olur.
Barmaq arası başmaqlar
Barmaq arası başmaqların də düz dabanlı olması ayağınızdakı qövs baxımından sağlam deyil. Yeriyərkən çox əzələ gərginliyi olacağı üçün ayağınız yorula bilər. Bundan başqa, barmaq arasında döyənəyə səbəb olur. Bu tip başmaqları yalnız və yalnız çimərlikdə geyinməlisiniz.
İti uclu ayaqqabılar
İti uclu ayaqqabılar ayaq barmaqlarında qan dövranı problemlərinə səbəb olur. Ayaqların formasının dəyişməsi ayaq əzələlərində yük tərkibini dəyişərək qan dövranını dayandırır. Bundan başqa, dar ayaqqabılar ayaqlarda Hallux valgusa (ayaqda çəplik) təkan verir; Sinirləri sıxdığı üçün xroniki ağrı sindromu görülə bilər.
Platforma ayaqqabılar
Ayaqda deformasiyaya və lokomotiv sistem pozğunluqlarına səbəb olur. Yeriyərkən ayaqlarınızı ayaqdan barmaq ucuna doğru hərəkət etdirməlisiniz. Platforma ayaqqabı içində ayaq hərəkət etmir, əzələlər işləmir və bu da ayaq əzələlərinə artıq yük minməsinə səbəb olur.