Keyfiyyətli və gözəl ayaqqabı seçmək istedad istəyir. Bir ayaqqabının yalnızca necə göründüyü ilə maraqlansanız, bir müddətdən sonra məyus olacaqsınız. Yeni bir ayaqqabı alarkən, uzun ömürlü ola bilməsi və rahat olmağınız üçün bəzi vacib nöqtələrə diqqə etməlisiniz. Bu detallara baxmadan ayaqqabı almayın.
1. Barmaqlarınızın və topuğun formasını qoruduğundan əmin olun. Sıx olmamalı, topuq sərt olmalıdır.
2. Ayaq nömrənizə görə ayaqqabı seçimi etməlisiniz. Hər insan bir ayağı digərindən böyük olduğu üçün yoxlamadan ayaqqabı almayın. Hər iki ayağınızın da rahat olduğu nömrəni seçməlisiniz.
3. Yeni ayaqqabı üçün alış-veriş getdiyinizdə, ehtiyacınıza görə hərəkət etməlisiniz. Hündür daban ayaqqabılar yoxlayırsanız, orta ayaq üzərinə biraz təzyiq edin. Bu topuğun geri sürüşməsinə səbəb olacaqdır. Belə bir ayaqqabı almayın.
4. Ayrıca, dabanın elastikliyinə diqqət etməlisiniz. Bu qan dolaşımı və əzələ funksiyası ilə bağlı problemlərə səbəb ola bilir.
7. Yeni ayaqqabıları əlinizə içərdən yoxlamağı unutmayın. İç üzündə kobud tikişlər olmamalıdır. Dabanı elastik və asan çıxa bilən olmalıdır.
8. Yeni ayaqqabıları yoxlayarkən, düz bir yerdə bir neçə addım yeriyin. Yumşaq xalçalar, ayaqqabını rahat hiss etdirər. Bu səbəblə sərt bir yerdə gəzin.
9. Hündür dabanlı ayaqqabılar alarkən topuq yüksəkliyinin maksimum 9.5 sm olmağına diqqət yetirin. Daban ilə topuq arasındakı məsafə ən az 3 sm olmalıdır. Məsafə nə qədər az olarsa, ayaq barmaqlarına o qədər az ağırlıq düşər.
10. Ayaqlarınızın zaman içərisində böyüyə biləcəyini unutmayın. Bu səbəblə hər 2 ildən bir ayaqlarınızı ölçün.