Hündür dabanlı ayaqqabılar hər zaman dəbdədir. Lakin heç də qadınlar üçün rahat deyillər və çox vaxt xroniki ayaq ağrılarına səbəb olurlar. Həmçinin bu ayaqqabılarla uzun yol qət etmək heç də asan deyil. Qaçmaq isə mümkün deyil. Bütün bunlara baxmayaraq hündür daban ayaqqabılar qadınları daha cazibədar göstərir. Bu ayaqqabılar kişilərin diqqətini özlərinə cəmləməkdə qadınlar üçün əvəz edilməzdir. Amerika Portsmout Universitetinin psixoloqları Paul Morris, Jenny White, Edward Morrison hündür daban ayaqqabılarln qadınları niyə daha cazibədar göstərməsi ilə bağlı araşdırma aparıblar.
Normal olaraq, qadınlar kişilərdən fərqli yeriyirlər. Hündür daban ayaqqabı feminin xüsusiyyətləri şişirtməkdə qadınlara xüsusilə kömək edir.
Kişilərin yerişi sürətli olur, addımlarının arasındakı məsafə də geniş olur. Kişilər yeriyərkən başlarını və bədənlərinin aşağı hissəsini daha çox hərəkət etdirirlər. Qadınlar isə daha çox budlarını hərəkət etdirirlər. Araşdırma nəticəsində sübut olunub ki, geyinilən ayaqqabıdan çox yeriş daha çox cəzb edir. Bu ayaqqabılar da yerişi daha incə və feminin etdiyinə görə daha çox cəzb etmə qabiliyyətinə malik olur.
" Evolution and Human Behavior" jurnalının apardığı sorğuya görə məlum olub ki, qadınların və kişilərin əksəriyyəti adi ayaqqabıdan çox hündür daban ayaqqabını daha cəlbedici hesab edirlər. Həmçinin araşdırmalar göstərmişdir ki, qadınların qarderobunun əsas hissəsini bu cür ayaqqabılar tutur.
Bir çox araşdırmacı bu cür ayaqqabılara üstünlük verilməsini cinsəlliklə də əlaqələndirir.
Bəs siz niyə bu cür ayaqqabılara üstünlük verirsiniz.
Mənbə: https://www.psychologytoday.com/blog/slightly-blighty/201508/why-high-heels-make-women-more-attractive