Əziz xanımlar, bildiyimiz kimi qış ayı bitmək üzrədir. Önümüzə gələn aylarda hündür daban ayaqqabılara daha çox üstünlük veririk. Yazın gəlməsi ilə birlikdə yeni mövsümdə istifadə edilən dikdaban ayaqqabı modelləri ilə sizlərləyik xanımlar... Rəngarəng, dəri, dore daşlı və bir çox modeli bir yerdə görə biləcəyiniz ayaqqabılara gəlin nəzər salaq.
Çarpazbantlı platformalı ayaqqabı çox gözəldir.
Qızılı rənglə qırmızı rəng bir yerdə zərif görsənir.
Tünd mavi rəngli, yan hissələrində böyük bir gül olan ayaqqabı.
Çarpaz bantlı platformalı sarı ayaqqabı qısa donlarla sizi cazibədar göstərəcək.
Ön hissəsiylə arxa hissəsi açıq olan platformalı ayaqqabı ayaqlarınızı çox zərif göstərəcək.
Qalın platformalı böyük güllü ayaqqabı sizə çox yaraşar.
Krem rəngi olan bu platformalı ayaqqabını günlük geyimdə də istifadə edə bilərsiniz.
Bu sarı tonlu platformalı ayaqqabı sizi geyiminizdə şirin qız kimi göstərəcək.
Mürdüm daşlı bu zərif ayaqqabını hamınız bəyənəcəksiniz.
Çəhrayı və narıncı rəngli platformalı ayaqqabıları bəyəndim.
Mavi və qızılı rəngin bir yerdə işlənməsi daha gözəldir.
Parıltılı, burnu açıq paltformaları daha çox şənliklərdə və toylarda istifadə edə bilərsiniz.
Açıq mavi rəngli ayaqqabı zərif görünüşə malikdir.
Bu ayaqqabının arxa hissəsi sizcə necə görsənir?