Hər bir xanım ayaqqabı alarkən onun rahatlığına və gözəl görünüşünə, dəbli olub-olmamasına fikir verir. Qeyri-adi və maraqlı geyinməyi sevən xanımlarımız çoxdur. Xanımlar, bu xəbərimdə sizlər üçün seçdiyim maraqlı və qeyri-adi ayaqqabıları təqdim edirəm. Nə qədər maraqlı olsalar da mənə elə gəlir bu modelləri heç bir xanım geyinməz.
Bu başmaqları yəqin ki, kompüteri çox sevən xanımlar üçün hazırlayıblar. Çünki modeldə kompüter klaviaturasından istifadə edilib.
Bu çəkmənin ön hissəsində isə kəpənək qanadlarını xatırladan dəridən istifadə edilib.
Pəncəsindəki çıxıntılar çəkmələri qeyri-adi edir.
Bu ayaqqabıya isə mobil telefonu asanlıqla qoymaq mümkündür.
Avtomobilləri çox sevən xanımlarımız üçün avtomobil görünüşlü ayaqqabı nümunəsi.
Düşünürəm ki, bu idman ayaqqabılarını hər kəs əldə etmək istəyər. Ayaqqabıya disk yerləşdirib musiqi dinləyə bilərsiniz.
Bu ayaqqabı modeli qeyri-adi olmaqla yanaşı, həm də çox maraqlı dizayna malikdir.
Bu ayaqqabı modeli yalnız pəncədən ibarətdir.
Bu model də qeyri-adidir. Maraqlıdır, bunu kim geyinmək istəyər.
Bu modeli geyinən şəxsdən cəsarət tələb olunur. Üzərində dik yerimək qeyri-mümkündür.
Bu ayaqqabı modeli uşaq parkını xatırladır.
Bu ayaqqabının üzərində təbiəti canlandırıblar.
Bu başmaqlar isə balıq formasında hazırlanıb.
Timsah ağzını xatırladan idman ayaqqabısıdır.
Gördüyünüz modellərdən hansını əldə etmək istəyərdiniz?