Hər bir xanımın imtina edilməz aksesuarlarından biri də ayaqqabılardır. Ayaqqabı alarkən onun rahatlığına, görünüşünə və dəbli olmasına önəm veririk. Əziz xanımlar, bu xəbərimdə sizlərə dəbli, bir-birindən gözəl, rəngarəng və bir o qədər də rahat platformalı ayaqqabılar təqdim edirəm. Əminəm ki, mənim kimi sizlər də bəyənəcəksiniz. Buyurun baxın.
Bu ayaqqabı modelində xəz parçadan istifadə olunub. Qırmızı rəngi sevən xanımlarımız üçündür.
Bu isə modelin qara rəngidir, sadə olmağı ilə yanaşı eyni zamanda da dəbli görünür.
Bu ayaqqabının platformasında rəngli dəridən istifadə olunub.
Bu qalın dabanlı ayaqqabıda isə ilan dərisinə bənzər dəridən istifadə olunub.
Bu modeldə də ilan dərisindən istifadə olunub. Çox gözəl və dəbli modeldir.
Bu model də çox zərifdir və öndən bağlanmaqla istifadə olunub.
Burada isə gizli platformadan istifadə olunub və qara-qırmızı uygunluğu göz oxşayır.
Bu qara rəngli modeldə isə özü rəngdə qaşlardan istifadə edilib.
Bu modeldə isə üç rəngdən istifadə edilib. Sadə bir paltarla uyğunlaşdıra bilərsiniz.
Bu modeldə isə rənglərin uyğunluğu göz oxşayır.
Bu model də zərif görünüşlü və dəblidir.
Bu model də digərinə bənzəyir. Burada parıltılı qaşlardan istifadə edilib.