Evlərimizin gülü, çiçəyi uşaqlar! Uşaqlarımızın sağlamlığı, geyimi bizim üçün önəmli məsələdir. Biz analar hər zaman uşaqlarımızı zövqlə geyindirməyə çalışırıq. Geyimin gözəlliyi ilə yanaşı rahatlığına da üstünlük veririk. Daha çox rahat ayaqqabılar alırıq ki, bir yerdə dayana biməyən balacalar rahat hərəkət edib, oynaya bilsinlər. Əziz xanımlar, analar, bu dəfəki xəbərimdə balacalarımız üçün ayaqqabı seçimi təqdim edirəm. Ümid edirəm bəyənərsiniz.
Qara rəng üzərində tünd göy çalarları olan bu ket balaca oğlanlar üçün əla seçimdir.
Qara rəngli sadə və olduqca gözəl bir model.
Balaca qızlarımız üçün qara və çəhrayı rəngdə olan gözəl bir ayaqqabıdır.
Ağ rəngli, üzərində gül və muncuqlar olan topuqdan bağlamalı ayaqqabı.
Balaca oğlanlarımıza dəbli və gözəl bir modeldir.
Qız uşaqları üçün qırmızı rəngli, üzərində rəngarəng xalları olan bir model.
Oğlan uşaqları üçün daha bir dəbli ayaqqabı modeli.
Qızlar üçün babet ayaqqabı çox gözəl və olduqca rahatdır.
Oğlan uşaqları üçün qəhvəyi rəngli, üzəri ipli ayaqqabı ideal seçimdir.
Əsl soyuq havalar üçün oğlan uşaqlarına qəhvəyi rəngli gözəl bir model.
Bu da həmin ayaqqabının bir az fərqli modelidir.
Oğlanlarımız üçün qəhvəyi rəngli sadə və dəbli bir ayaqqabı.
Qız uşaqları üçün bənövşəyi və çəhrayı rəngli gözəl bir modeldir.
Üç rəngin uğurlu seçimi olan ayaqqabı oğlan uşaqları üçün gözəldir.
Dəblə geyindirdiyimiz balaca oğlanlarımız üçün üzəri ipli olduqca gözəl bir model.
Çəhrayı rəng üzərində narıncı çalarları olan bu model qızlarımız üçün gözəldir.
Üzərində gül işləmələri olan ayaqqabı balaca qızlar üçün əla seçimdir.