Ayaqqabı həvəskarı olmayan xanım çox azdır. Biz xanımlar imkan daxilində hər geyimə uyğun ayaqqabılar almağa çalısırıq. Ayaqqabılar bizım geyimimizi, gözəlliyimizi tamamlayır. Əziz xanımlar, mən bu dəfə də sizlər üçün bir-birindən gözəl ayaqqabılar seçib hazırlamışam. Buyurun zövqünüzə uyğun olanını seçin. İnşallah bəyənərsiniz.
Qara rəngli, üzərində qaşlı lent forması olan gözəl ayaqqabını ziyafətə və ya hər hansısa məclisə zövqlə geyinə bilərsiz.
Bu gözəl qaşlı ayaqqabı sadə geyiminizə cazibədarlıq qatacaq.
Qırmızı rəngi sevən xanımlar üçün sadə və gözəl bir model. Qara və qırmızı geyimlə daha münasib görünər.
Klassik tərzə üstünlük verən xanımlara incə görünüşlü qara ayaqqabı.
Topuqdan bağlamalı qara ayaqqabı işgüzar xanımlar üçün əvəzedilməzdir.
Bənövşəyi, patıltılı ayaqqabılar çox gözəldir. Dəvət aldığınız məclislərə sadə geyimlə geyinə bilərsiz.
Fərqliliyi sevən xanımlar üçün bu ayaqqabılar gözəl seçim ola bilər.
Qara rəngli sadə və bir o qədərdə gözəl bir ayaqqabı. İşgüzar xanımlar üçün gözəl seçimdir.