İsti rəng olan qırmızı rəng soyuq günlərdə həm içinizi, həm ayaqlarınızı isidəcək. Qırmızı rəng hər rənglə müxtəlif tərzdə gündəlik və özəl günlər üçün də sevərək istifadə edilir. Mövsümün modası burğulu modellər, bağ işləməli modellər, idman tərzində olan yarımboğaz çəkmə modelləridir, amma ümumiyyətlə bütün diqqəti ayağınıza çəkəcək müasir görünüşlü, olduqca qəşəng yarım boğaz çəkmə modellərinə baxa bilərsiniz. Dizayn möcüzəsi olan yarımboğaz çəkmə modellərini sizin üçün paylaşırıq.
Bu modeli bəyənəcəyinizə əminəm.
Boğazı tüklü yarımboğaz çəkmə də şirin görünür. Gənc qızlarımız üçün daha uyğundur.
Çox hündür geyinməyən gənc qızlarımız üçün nəzərdə tutulan yarımboğaz çəkmə modelidir.
Qırmızının başqa bir tonu... Kəmər yarımboğaz çəkməyə başqa bir gözəllik qatır.
Qırmızının bu tonu da çox gözəldir. Bunu geyinərkən eyni rəngdə dodaq boyasından istifadə edə bilərsiniz.
Qırmızı, qara, sarı rəngli palto ilə geyindikdə gözəl görünər.
Hündürdaban geyinməyən qızlarımız üçün yarımboğaz çəkmə uyğun seçimdir.
Nazik dabanlı ayaqqabı geyinməyən xanımlarımız üçün qalın dabanlı yarım boğaz çəkmə modeli.
İp və qızılı düymələr yarımboğaz çəkməyə gözəllik qatır.
Platforma hissəsi qızılı rəngdə, üzəri daşlarla bəzədilmiş olan yarımboğaz çəkmə də qəşəngdir.
Bu da qızılı rəngli qalın dabanlı yarımboğaz çəkmə.
Hündür və nazik dabanlı yarımboğaz çəkmə gözəl görünüşə malikdir.
Zəncirli yarımboğaz çəkməni toya geyinib getdikdə bütün diqqətlər sizin ayağınızda olacaq.
Bu model də gözəl görünür. Siz də bəyəndinizmi?
Qaralı, qırmızılı, zəncirli yarım boğaz çəkmənin maraqlı görünüşü var.