Evlərimizin gülü, çiçəyi uşaqlar! Uşaqlarımızın sağlamlığı, geyimi bizim üçün önəmli məsələdir. Biz analar hər zaman uşaqlarımızı zövqlə geyindirməyə çalışırıq. Geyımın gözəlliyi ilə yanaşı rahatlığına da üstünluk veririk. Daha çox rahat ayaqqabılar alırıq ki, bir yerdə dayana biməyən balacalar rahat hərəkət edib, oynaya bilsinlər. Əziz xanımlar, analar, bu dəfəki xəbərimdə balacalarımız üçün ayaqqabı seçimi təqdim edirəm. Ümid edirəm bəyənərsiniz...
Bu ket təzə yeriyən balacalar üçün cox rahat və gözəldir.
Dəbli geyinən balaca oğlanlarımızın geyiminə gözəllik qatacaq qırmızı rəngli ket.
Bu model də çox gözəl görünür, elə deyilmi?
Qızlar üçün üzəri güllü, yanlardan kəpənək formalı bantı olan ayaqqabı sirin görünür.
Sadə və dəbli qəhvəyi rəngli ket əla seçimdir məncə.
Ağ rəngli bu model üzərində tünd çəhrayı çalarlarla əla görünür.
Bu keti yəqin ki, bəyənəcəksiniz.
Qızlarımız üçün parıltılı olan bu ayaqqabı çox gözəldir.
Bu model də çox gözəl və zövqlüdür, həm də ciddi görünüşü var.
Qizlar üçün daha bir gözəl ayaqqabı.
Fərqli və gözəl ket qiz balalarımız üçün əla seçim ola bilər.
Balaca qızlar üçün çəhrayı rəngli üzərində kiçik gülləri olan bu ayaqqabı gözəldir.
Açıq çəhrayı bu model qız balamızın gözəl geyimini tamamlayacaq.
Ağ rəngli sadə və zövqlə seçilmiş model.
Bu da balaca oğul balamız üçün gözəl seçimdir.