Qadin.NET / Güpürlü ayaqqabı modelləri

Güpürlü ayaqqabı modelləri

İlk  hündürdaban ayaqqabı şərqdə icad olunub. İsti ölkə sakinləri ayaqlarını istidən qorumaq üçün ayaqqabıları hündürdaban tikirdilər. İlk sağ və sol cütü fərqlənən ayaqqabılar isə Amerika kraliçası Viktoriya üçün 1840-cı ildə tikilib. 1850-ci ildə Jan Ernest Matzelinger ayqqabı tikən maşını icad etdi. İndiki zamanda biz gündəlik geyimlərimizi ayaqqabısız təsəvvür edə bilmərik. O, bizi təkcə soyuq və istidən qorumur, həm də əsas geyim növüdür. Çox zaman da istifadə edəcəyimiz aksessuarlarımızı ayaqqabıya uyğun seçirik. Ayaqqabı sahibinin xarakterindən xəbər verir. Ucu şiş ayaqqabılara üstunlük verən xanımların daha sərt xarakterli olması, sözünü açıq deməsi, yumru burun ayaqqabıları sevən xanımların isə mülayim və yolagələn olmaları güman edilir. 

 

Gündəlik geyimlərimizdə adətən rahat ayaqqabılara üstünlük versək də ziyafətlərə daha qabarıq, naxışlı, bəzən qeyri-adi ayaqqabılar geyinməyi xoşlayırıq. İndi sizə təqdim etmək istədiyim modeller güpürlü modellərdir. 

 

Güpürlü ayaqqabı modelləri

 

Qara, iri naxışlı və güpür əlavəli ayaqqabı cəsarətli xanımların seçimi ola bilər.
 

 

Dəri rəngli, incə gül və muncuqlarla bəzədilmiş burnu açıq bir ayaqqabı...
 
Güpürlü ayaqqabı modelləri

Yaz-yay qarderobunun imtina edilməz ağ rəngli qeyri-adi dabana malik bir modeli...

İlan dərisinə güpurlu işləmələr romantik tərz qatıb.
 

 

Güpürlü ayaqqabı modelləri

 

İti topuqlu ziyafət ayaqqabısı modeli cəsarətli xanımların seçimidir.

 

 

Tünd göy rəng üzərində qara güpür toxunma ayaqqabıya ziyafət ruhu qatır.
 

 

Qara və qırmızı rənglər bir-birini çox gözəl tamamlayır.


Boz güpürlü, incə kəpənək detallı, burnu açıq ziyafət ayaqqabısı.
 

Muncuqlarla bəzədilmiş çox gözəl gəlinlik ayaqqabı modelidir.

 

Ağ güpürlü daha bir gəlinlik ayaqqabı modeli...

 Ümid edirəm seçimlərimi bəyənərsiz. Qarşıdan qış gəlsə də ziyafətlər üçün bu tip ayaqqabılara hər fəsildə ehtiyac olur!

11 noyabr 2013
GO BACK