Uşaqlıqdan eşidirik ki, analarımız həmişə deyir: "Ay bala, ayağını geyin, soyug olacaq." Doğrudan da bir çox xəstəliklər soyuqdəymədən olur. Soyuqdəymə də bildiyimiz kimi, ən çox ayaqdan başlayır. Soyuq aylara doğru gedirik. Bunun üçün də özümüzü soyuqdan qorumağımız daha məsləhətli olardı. Evdə də səliqəli ev geyiminə üstünlük verən xanımlar ev başmağını da unutmurlar. Bir-birindən gözəl ev başmaqlarını sizə də təqdim etməyi düşündüm. Buyuraq baxaq...
Üstündə çiçək olan bu rəngarəng başmaq yəqin ki, zövqünüzcə olacaq.
Arxasındaki qanadları ilə mələk formasını göstərən mavi bir başmaq...
Çox incə zövqlü bir başmaq olduğunu düşünürəm.
Toxunmadan olan əl işi... Bunu corab kimi də geyinmək olar.
Əgər evdə idman üslubunda geyinməyi sevirsinizsə, onda bu başmaq sizin işinizə yarayacaq.
Bəzilərinin "babet", bəzilərinin isə "baletka" adlandırdığı ayaqqabı üslubunda olan ev başmağı...
Daha bir babet üslubunda olan toxunmadan əl işi.
Tərləməyə qoymayan toxunmadan olan corab formalı əl işlərini çox bəyənirəm.
Evdə əgər ətək və yaxud da qısa paltar geyinirsinizsə, onda bu cür uzun corab formalı toxunma başmaq həm maraqlı, həm də gözəl görünür.
Bu isə 10-15 arası yaşdakı qızlar üçün daha uyğun olardı.
Bu cür başmağı isə yeniyetmələr geyinsə daha yaxşı olar.
Standart növlü başmaqları da unutmayaq.
Çox gözəl çəhrayı rəngli başmaq...